Alen Simonyan sülh müqaviləsi ilə bağlı hansı detalları açıqladı?
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycanla sülh müqaviləsi bir neçə gün ərzində imzalana bilər”.
Erməni mediasının məlumatına görə, bunu jurnalistlərə Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
Onun sözlərinə görə, Nikol Paşinyan hökuməti təkliflərini artıq rəsmi Bakıya təqdim edib.
Spiker mediaya açıqlamasında həmçinin müəyyən müddətdən sonra ermənilərin Azərbaycanda yaşamağa gələcəyini, azərbaycanlıların bir qisminin isə Ermənistana gedib ticarətlə məşğul olacağını da istisna etməyib:
“Demişdim ki, bu sülh müqaviləsi on və ya beş gün ərzində imzalana bilər. Biz öz təkliflərimizi göndərmişik, bu, artıq altıncı mübadilədir. Əgər Azərbaycan heç nəyi dəyişməsə, yeni təkliflər irəli sürməsə, bunu bir neçə gün ərzində etmək olar. Ermənilər və gürcülərlə olduğu kimi. Bəli, biz sülhə doğru irəliləyirik, başqa cür ola bilməz. Münaqişədə olduğumuz və bunun həlli mümkün olmayan məsələ olduğu barədə iddialar mənim üçün qəbuledilməzdir. Tarix çoxlu hallar bilir: İngiltərə və Fransa 116 il müharibə edib, bir-birlərini qırıblar. Bu gün İngiltərə və Fransa ən yaxın müttəfiqlərdir”.
Parlamentin spikeri onu da bildirib ki, belə bir nəticə bu gün və ya sabah olmaya bilər, ancaq Ermənistan və Azərbaycan eyni regiondadırlar və bütün problemləri həll etməlidirlər.
#Alen Simonyan teqi istifadə olunub
- "İstəyirlər qalsınlar, istəyirlər getsinlər" | Alen Simonyan
- Simonyan Kərki və digər kəndlərin təhvil verilməsi məsələsinə münasibət bildirdi - ANA XƏBƏR
- Baş nazirin qərarı diqqət çəkdi | Simonyanın istədiyi vəzifələr niyə təsdiqlənmədi? - Baku TV
- Parlament sədri seçilə bilməyən Simonyan: “Paşinyan məni aldatdı”
- Koçaryan Simonyana uduzdu | Ermənistan mediası bu xəbərlə çalxalandı - Baku TV CANLI
