Alen Simonyandan Azərbaycanla bağlı iddia | Bizimlə sərhəddə müşahidəçiləri saxlayan...
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistanla sərhəddə avropalı müşahidəçiləri saxlayan məhz Azərbaycandır, çünki onlar hələ də sülh müqaviləsini imzalamayıblar”.
Bu iddia ilə Ermənistan parlamentinin spikeri Alen Simonyan çıxış edib.
Azərbaycanın sərhəddə mövqelərimizin atəşə tutulmasına dair bəyanatlarının fonunda Simonyan regionda vəziyyətin gərginləşməsi üçün heç bir səbəb görmədiyini deyib.
O, Bakını hətta avropalı müşahidəçilərin mövcudluğuna baxmayaraq, Ermənistana hücum potensialına görə günahlandırıb.
"Əgər sülh sazişi imzalanandan sonra da Ermənistana hücum mümkündürsə, o zaman bu, avropalı müşahidəçilərin iştirakı ilə baş tuta bilər. Nə fərqi var?", − deyə spiker qeyd edib.
Avropa İttifaqının Ermənistandakı missiyası isə martın 16-17-də sərhəd boyu müxtəlif ərazilərə patrul göndərildiyini və vəziyyətin sakit olduğunu bildirib.
#Alen Simonyan teqi istifadə olunub
- "İstəyirlər qalsınlar, istəyirlər getsinlər" | Alen Simonyan
- Simonyan Kərki və digər kəndlərin təhvil verilməsi məsələsinə münasibət bildirdi - ANA XƏBƏR
- Baş nazirin qərarı diqqət çəkdi | Simonyanın istədiyi vəzifələr niyə təsdiqlənmədi? - Baku TV
- Parlament sədri seçilə bilməyən Simonyan: “Paşinyan məni aldatdı”
- Koçaryan Simonyana uduzdu | Ermənistan mediası bu xəbərlə çalxalandı - Baku TV CANLI
