Pleyeri seçin:

Andranikin vəhşiliklər törətdiyi oğuz yurdu | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

19 iyun 2024 739 baxış

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində əhalisi daim işgəncələrə məruz qalan, yaşayış məskənləri viran qoyulan Vedi rayonu haqqında süjet hazırlanıb.

“Ərazisi 5 dəfə bölünüb birləşdirilən rayon” adlı süjetdə ermənilərin mərhələ-mərhələ gerçəkləşdirdiyi qeyri-insani siyasət nəticəsində azərbaycanlıların min illər boyu yaşadığı tarixi – etnik torpaqlarından didərgin salınmasından bəhs olunur.

Bildirilir ki, Qərbi Azərbaycanın Vedibasar mahalında, Türkiyə ilə sərhəddə dağarası düzənlik olan Ağrı vadisində yerləşən Vedi XVII əsrə kimi böyük yaşayış məntəqəsi olub. XIX əsrin əvvəlində burada təxminən 250 ailə yaşayıb və bunların 95%-i azərbaycanlılar, 5%-i isə ermənilər olub. Rusiya-İran müharibəsindən sonra imzalanan Türkmənçay müqaviləsinə əsasən, Vedi 1828-ci ildən Rusiya İmperiyasının işğalı altına keçib və dərhal bura ermənilər yerləşdirilib.

XX əsrin əvvəllərində rayon Andranikin daşnak dəstələrinin hücumuna məruz qalıb. 1918-ci ildə Vedi Ermənistanın tərkibinə daxil edilib. 1918-1920-ci illərdə azərbaycanlılar vəhşicəsinə qovulduqdan sonra bura Türkiyə və İrandan gətirilən ermənilər yerləşdirilib. 1922-ci ildə burada 1 504 azərbaycanlı, 453 erməni, 1926-cı ildə 1 545 azərbaycanlı, 261 erməni, 1931-ci ildə 1 254 azərbaycanlı, 214 erməni yaşayıb.

Qeyd olunur ki, mühüm strateji ərazidə yerləşən Vedi rayonu dəfələrlə ermənilərin məkrli siyasətinə, tez-tez ərazi inzibati dəyişikliklərinə məruz qalıb. 1930-cu il sentyabrın 9-da Böyük Vedi inzibati rayonu yaradılıb və 1946-cı ildə Vedi adlandırılıb.

1968-ci il mayın 5-də Vedi rayonunun adı yenidən dəyişdirilərək Ararat rayonu edilib. 1988-ci ilin noyabr ayında azərbaycanlılar sonuncu dəfə qovulduqdan sonra rayon üzrə 28 tarixi yer adları dəyişdirilib.

1995-ci ildə mərkəzi Qəmərli, yəni Artaşat olan Ararat mərzliyi yaradılıb. Qərbdən Türkiyə, cənubdan Azərbaycanla sərhəddə yerləşən mərzliyə Vedi, yəni Ararat, Qəmərli, yəni Artaşat, Zəngibasar, yəni Masis rayonlarının əraziləri daxil edilib.

Sonda vurğulanır ki, Qərbi Azərbaycanın bir parçası sayılan Vedi rayonu da “etnik təmizləmə” və “türksüz Ermənistan” siyasətinin haqsız qurbanı olub: “Təbii ki, bu haqsızlıq əbədi ola bilməz və artıq zaman dəyişib. Ermənilər yürütdükləri çirkli siyasətin tələsinə düşüblər. Qərbi azərbaycanlılar isə doğma yurda qayıdışı səbirsizliklə gözləyirlər”.

Banner
Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?

Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?

Siyasət
05 noyabr 2026 739 baxış
Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi

Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi

Siyasət
05 noyabr 2026 739 baxış
Referendum ətrafında mübarizə növbədənkənar seçkini qaçılmaz edir? - AKTUAL GÜNDƏM

Referendum ətrafında mübarizə növbədənkənar seçkini qaçılmaz edir? - AKTUAL GÜNDƏM

Siyasət
05 noyabr 2026 739 baxış
Türkiyə Prezidentinin Azərbaycana gəlişi ilə bağlı təfərrüatlar açıqlandı - Baku TV

Türkiyə Prezidentinin Azərbaycana gəlişi ilə bağlı təfərrüatlar açıqlandı - Baku TV

Siyasət
05 noyabr 2026 739 baxış
Ərdoğanın Azərbaycana səfəri ilə bağlı detallar açıqlandı - Baku TV CANLI

Ərdoğanın Azərbaycana səfəri ilə bağlı detallar açıqlandı - Baku TV CANLI

Siyasət
05 noyabr 2026 739 baxış
İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR

İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR

Siyasət
05 noyabr 2026 739 baxış
Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Siyasət
04 noyabr 2026 739 baxış
Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb

Siyasət
04 noyabr 2026 739 baxış
Azərbaycanın növbəti strateji hədəfi nədir?

Azərbaycanın növbəti strateji hədəfi nədir?

Siyasət
04 noyabr 2026 739 baxış
Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu

Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu

Siyasət
04 noyabr 2026 739 baxış
Seçilmişlər
icon