Antalyadan bağlantı | Rusiya-Ukrayna müharibəsi ilə bağlı kritik müzakirə
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə IV Antalya Diplomatiya Forumu start götürüb.
Foruma dünyanın 140 ölkəsindən 450-yə yaxın nümayəndə heyəti təşrif buyurub.
Baku TV-nin Antalyada olan əməkdaşı tədbirdən ən son məlumatları çatdırıb.
Bildirilib ki, dünyada siyasətin gücünü artırmaq niyyəti ilə təşkil olunan bu tədbir 3 gün ‒ 11-13 aprel tarixlərində davam edəcək:
“Tərəflər, iştirak edən ölkələrin nümayəndələri bir çox mövzulara toxunaraq dünyanı narahat edən siyasi, iqtisadi, sosial məsələlərə də aydınlıq gətirərək fikir mübadiləsi aparacaqlar”.
Vurğulanıb ki, müzakirə olunması gözlənilən vacib mövzular siyahısında gərginlik yaşanan müharibə ocaqları və ölkələr də var:
“Yaxın Şərqdəki gərginliyin aradan qaldırılması istiqamətində 2 plenar iclas keçiriləcək. Forumda İsrail-Fələstin müharibəsi, “Rəfah” sərhəd-keçid məntəqəsinin yenidən açılması, tərəflərin atəşkəsə əməl etməsi, eləcə də Suriyanın Yaxın Şərqdəki adını yenidən bərpa etməsi kimi mövzular müzakirə olunacaq. Eyni zamanda Rusiya-Ukrayna müharibəsi də aktual mövzulardandır”.
#Türkiyə teqi istifadə olunub
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
