Arman Sarkisyandan təşvişə düşənlərə mesaj | Bunları məndən soruşmamalısınız...
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycanla sərhəddə nisbi sakitlikdir”.
Bunu Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan parlamentdə jurnalistlərə açıqlamasında deyib.
“Hədəfsiz, istiqamətsiz atışmalar bəzən baş verir, amma onlar azdır”, – deyə A.Sarkisyan bildirib.
Nazir müavininin sözlərinə görə, hazırda sərti sərhəddə heç bir hərəkətlilik yoxdur.
“Sərhəddə Azərbaycan qüvvələrinin toplanmasi müşahidə edilmir. Əgər belə bir problem yaranarsa, o zaman Müdafiə Nazirliyi təhlükəsizliyi təmin edəcək. Əgər rəsmi məlumat etibarlı deyilsə, hər hansı videoya inanmaq fikrindəsinizsə, o zaman bunu məndən soruşmamalısınız”, – Arman Sarkisyan deyib.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunun şərti sərhəddə atəşkəsi pozduğu barədə az qala hər gün açıqlama yaysa da, qarşı tərəf israrla bunu təkzib edir və ya “havaya atəş açılıb” deyə “izah etməyə” çalışır.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
