ASAN Süni İntellekt platformasının təqdimetmə mərasimi keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
“ASAN Süni İntellekt platformasının (ASAN AI Hub) əsas məqsədi “ASAN xidmət”, dövlət təşkilatları, eyni zamanda özəl sektor, tədqiqat inkişaf mərkəzləri, elmi laboratoriyaların alimləri üçün əlaqələndirici rolunu oynamaqdır”.
Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında deyib.
Sədrin sözlərinə görə, platforma vasitəsilə hər bir təşkilat özünün problemlərini, çağırışlarını elan edəcək, innovatorlar, startapçılar və elmi-tədqiqat mərkəzləri isə həmin çağırışlara uyğun həllər təklif edəcək.
“Yeni bir platforma və sistemdir. Bu, dolayısı ilə həm iqtisadiyyatımıza, həm elmimizə, həm dövlət idarəetməsi sahəsinə töhfə verəcək”, – deyə Ü.Mehdiyev əlavə edib.
#ASAN xidmət teqi istifadə olunub
- İƏT-in baş katibi "ASAN Xidmət"in fəaliyyəti ilə tanış olub - Baku TV
- Laos Prezidenti “ASAN xidmət”də | “Bu fəaliyyəti yüksək qiymətləndirirəm, arzumdur ki...” - Baku TV
- Azərbaycan təcrübəsi bu dəfə Karib hövzəsinə ixrac olunur - Baku TV
- Dünyanın diqqətini çəkən "ASAN xidmət"in əsas mahiyyəti nədən ibarətdir? - Baku TV
- "ASAN Könüllüləri" üçün hansı şans qapıları açılır? - "Minlərlə könüllü artıq..." - Baku TV
