Atam itkin düşən bacısını 1962-ci ildə Türkiyədə tapdı | Qərbi Azərbaycan Xronikası
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.
“Atam itkin düşən bacısını 1962-ci ildə Türkiyədə tapdı” adlı buraxılış qədim İrəvan şəhər sakini Mübariz Tağıyevin həyat hekayəsinə həsr olunub.
O, uşaqlıq, məktəb illərində oynadıqları oyunlardan, musiqiyə olan marağından söz açıb. M.Tağıyev İrəvanın girişində olan türbəni, Təpəbaşı (Kond) məhəlləsini xatırladıb:
“İrəvanda 11-ə yaxın məscid olub. Bizim məktəbin düz yanında da məscid var idi. Rəhmətlik nənəm əlimdən tutub məni o məscidə aparırdı. Sonra onu da dağıtdılar, kül etdilər”.
İrəvan sakini erməni qırğınından, deportasiyadan və ailəsinin doğma evlərini necə tərk etməsindən danışıb:
“1915-ci ildə daşnaklar talanlar ediblər. Babamın baqqal dükanını dağıdıb kül ediblər. Nənəm həmişə deyirdi ki, Züleyxa qızım o qırğnlar vaxtı itkin düşüb. Onu 1962-ci ildə atam Türkiyədə tapdı. O vaxt qonşu öz uşaqları ilə bir yerdə qızı götürüb aparıb və sonra sərhəd qapısı bağlanıb”.
#Mübariz Tağıyev teqi istifadə olunub
