Pleyeri seçin:

Avropa mediası separatçıların ərzaq yalanını ifşa etdi

23 avqust 2023 94 baxış

Ermənistan rəsmiləri Azərbaycanın Qarabağ iqtisadi rayonundakı erməni sakinlərin guya "blokada" şəraitində saxlanıldığına dair saxta iddialar irəli sürməyə davam edir və dünya ictimaiyyətini köməyə çağırırlar.

Təbliğat xarakterli bəyanatlar nəticəsiz qalsa da, erməni həyasızlığı bitmək bilmir. Amma deyəsən, dünya mediası artıq eməni şousunun əsl mahiyyətini anlayıb. Avropanın bir sıra Kütləvi İnformasiya Vasitələri özləri araşdırma apararaq, blokada iddialarının yalan olduğunu aşkar ediblər.

ABŞ-nin həftəlik jurnalının Rumıniya şöbəsi olan "Newsweek Romania"nın məqaləsində deyilir ki, həqiqi aclıq şəraitində "qurbanlar"ın ərzaqdan imtina etməsi və sırf xoşlamadıqları marşrutla gəldiyi üçün tədarüklərin yolunu bağlaması ağlasığmazdır.

Polşanın aylıq 10,6 milyon oxucu auditoriyasına malik ən böyük qəzeti "Dorzeczy" bu qənaətdədir ki, əgər blokada və humanitar faciə iddiaları doğru olsaydı, Ağdam-Xankəndi yolu çoxdan açılmışdı. Avropanın bir çox Kütləvi İnformasiya Vasitələri separatçıların etirazını Xankəndi-Ağdam marşrutunun onlar üçün əlverişsiz olması ilə əlaqələndirirlər. Çünki onlara görə separatçılar, bu marşrutla öz hərbçilərini və hərbi texnikalarını keçirə bilməyəcəklər.

"Xankəndidəki separatçıların rəhbərliyi üçün Laçın-Xankəndi yolundan istifadə olduqca vacibdir. Şəxsi heyətin rotasiyası, silah və hərbi sursatların daşınması, habelə terrorçuların keçidi üçün məhz bu yoldan istifadə olunur", - deyə Albaniyanın "Balkanweb" nəşri bildirir.

"CNN International Commercial"ın Çexiyadakı rəsmi tərəfdaşının dərc etdiyi məqalədə də qeyd olunur ki, separatçılar humanitar yardımın çatdırılması üçün Avropa İttifaqının dəstəklədiyi və Ağdamdan keçən alternativ marşrutu bloklayırlar, çünki bu marşrut qanunsuz yüklərin keçirilməsinin qarşısını alır.

Litvanın məşhur nəşrlərindən biri, aylıq 33 milyonluq oxucu auditoriyasına malik "Delfi" də “Xankəndidəki separatçılar Ağdam yolunun istifadəsindən məhz ona görə imtina edirlər ki, bu yol erməni silahlarının və qanunsuz hərbi qruplaşmaların qarşısını alacaq”, – deyə yazıb.

Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 94 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 94 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 94 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 94 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 94 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 94 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 94 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 94 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 94 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 94 baxış
Seçilmişlər
icon