Avropa Parlamentindən Azərbaycana qarşı növbəti riyakar addım
Yeniliklərdən dərhal xəbərdar olun
Kollektiv Qərbin Azərbaycana qərəzli yanaşması heç kimə sirr deyil.
Qərb təsisatları Cənubi Qafqazla bağlı məkrli planlarını həyata keçirmək üçün alətə çevirdiyi Ermənistandan indi də Avropa Parlamentində sənəd qəbul etməklə istifadə edib. Qurum “Avropa İttifaqı və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac” adlı qətnamə ilə ölkəmizə qarşı növbəti dəfə qərəzli yanaşma ortaya qoyub.
İndiki şəraitdə Ermənistanın nə Avropa İttifaqına üzv olması inandırıcıdır, nə də Qərb sülh müqaviləsində maraqlıdır. Deməli, Avropa Parlamentinin sözügedən qətnaməsi Qərbin bölgəyə daxil olmaq üçün Ermənistanın təxribatlarına yaratdığı növbəti zəmindir.
Təbii ki, ölkəmizin qələbəsini və yaratdığı reallığı həzm edə bilməyən qüvvələrin məkrli planları heç bir nəticə verməyəcək. Ona görə də Ermənistan tarixdən dərs çıxarmalı, təxribatlara uymamalı və öz gələcəyini düşünməlidir.
#Avropa İttifaqı teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Almaniya kansleri Aİ-nin genişlənməsinin tərəfdarı olduğunu bəyan edib
- Şirkət qeyri-neft sektorunun ixracyönümlü sahələrinə investisiya yatıra bilər - Baku TV
- Fransadakı seçkilər Moskva əleyhinə məhdudiyyətlərə təsir edə bilər
- Brüssel Moskva ilə əlaqələri bərpa edir? - Baku TV CANLI
