Pleyeri seçin:

Ayxan Hacızadə: Peter Stanonun fikirləri onun qərəzli yanaşmasını göstərir

18 noyabr 2023 491 baxış

“Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarının mətbuat katibi Peter Stanonun noyabr 17-də Brüsseldə “Armenpress” xəbər agentliyinə müsahibəsi zamanı ölkəmizlə bağlı səsləndirdiyi fikirlər Avropa İttifaqı nümayəndəsinin qərəzli yanaşmasının növbəti göstəricisidir”.

Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Cozef Borelin mətbuat katibi Peter Stanonun səsləndirdiyi fikirlərə cavabında deyib.

“Avropa İttifaqının nümayəndəsinin 30 il ərzində Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün işğalçı və təcavüzkar Ermənistan tərəfindən pozulması, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti yürütməsi, 1 milyondan çox azərbaycanlının məcburi köçkün və qaçqın vəziyyətinə düşməsi faktlarını görməzdən gəlməsi təəssüf doğurur. 44 günlük Vətən müharibəsinin, habelə 2023-cü ilin sentyabr ayında həyata keçirilən 24 saatlıq antiterror tədbirlərinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın suveren ərazilərində həyata keçirildiyini və ölkəmizin legitim üsullarla öz suverenliyini bərpa etdiyini Avropa İttifaqı nümayəndəsinə bir daha xatırladırıq.

Azərbaycanın dəfələrlə ərazilərimizdə qanunsuz mövcudluğunu davam etdirən erməni silahlı qüvvələrinin bölgədə təhlükə mənbəyi olduğunu bidlirməsinə və beynəlxalq hüquqa uyğun olaraq onların dərhal çıxarılmasına dair çoxsaylı çağırışlar etməsinə baxmayaraq, Azərbaycanın birtərəfli hərbi addımlar atmaqda günahlandırılması qəbuledilməzdir.

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin şəxsi qərarları əsasında Ermənistana miqrasiyası ilə bağlı Avropa İttifaqı nümayəndəsinin erməni sakinlərin hüquq və təhlükəsizliyi üzrə beynəlxalq mexanizm yaradılması təşəbbüsündən söz açmasını Azərbaycanın reinteqrasiya prosesinə müdaxilə kimi qiymətləndiririk.

Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir, bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək.

Bir daha vurğulayırıq ki, Azərbaycanın Ermənistanla normallaşma və sülh gündəliyinə sadiqliyi möhkəmdir və bu mövqe 2020-ci ilin noyabr ayından etibarən sülh müqaviləsinin təşəbbüskarı olaraq tərəfimizdən atılan ardıcıl addımlarla sübut edilib”, – deyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.

İrəvan Rusiya qazından imtina edib Azərbaycana üz tutacaq? - Baku TV CANLI

İrəvan Rusiya qazından imtina edib Azərbaycana üz tutacaq? - Baku TV CANLI

Siyasət
22 sentyabr 2026 491 baxış
Ukraynadan Rusiyaya təklif | Milyardlarla insan çirklənmiş hava ilə nəfəs alır - YENİ BİR SƏHƏR

Ukraynadan Rusiyaya təklif | Milyardlarla insan çirklənmiş hava ilə nəfəs alır - YENİ BİR SƏHƏR

Siyasət
22 sentyabr 2026 491 baxış
Qafqaz Albaniyasının tarixi mövzusunda seminar keçirilib - Baku TV

Qafqaz Albaniyasının tarixi mövzusunda seminar keçirilib - Baku TV

Siyasət
21 sentyabr 2026 491 baxış
Tramp-Pezeşkian görüşü ABŞ-İran münasibətlərində yeni səhifə aça bilərmi? - Baku TV

Tramp-Pezeşkian görüşü ABŞ-İran münasibətlərində yeni səhifə aça bilərmi? - Baku TV

Siyasət
21 sentyabr 2026 491 baxış
Ermənilərin Alban kilsələrinə iddiası nə məqsəd daşıyır? - Baku TV

Ermənilərin Alban kilsələrinə iddiası nə məqsəd daşıyır? - Baku TV

Siyasət
21 sentyabr 2026 491 baxış
Azərbaycan və Özbəkistan hərbçiləri birgə təlim keçirəcək - Baku TV CANLI

Azərbaycan və Özbəkistan hərbçiləri birgə təlim keçirəcək - Baku TV CANLI

Siyasət
21 sentyabr 2026 491 baxış
Bakıda önəmli tədbirin açılış mərasimi keçirildi

Bakıda önəmli tədbirin açılış mərasimi keçirildi

Siyasət
21 sentyabr 2026 491 baxış
Ermənistan Rusiya qazından imtina edərək Azərbaycana üz tuta bilər? - Baku TV

Ermənistan Rusiya qazından imtina edərək Azərbaycana üz tuta bilər? - Baku TV

Siyasət
21 sentyabr 2026 491 baxış
İran və Çin faktoru: Husi-Səudiyyə gərginliyinin arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

İran və Çin faktoru: Husi-Səudiyyə gərginliyinin arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Siyasət
21 sentyabr 2026 491 baxış
Rusiya Ermənistanı hansı vasitələrlə təzyiq altında saxlaya bilər? - Baku TV

Rusiya Ermənistanı hansı vasitələrlə təzyiq altında saxlaya bilər? - Baku TV

Siyasət
21 sentyabr 2026 491 baxış
Seçilmişlər
icon