Ayxan Hacızadədən Kanadanın XİN başçısına cavab
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Kanada xarici işlər naziri Melani Colini qərəzli olduğu və Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilən cinayətləri görməzdən gəldiyi üçün sərt tənqid edib.
Bu barədə nazirlik rəsmisi sosial şəbəkədə paylaşım edib.
O, Kanada nazirini öz ölkəsinin milli maraqlarına ziyan vuraraq, erməni diasporunun maraqlarını təşviq etməkdə ittiham edib.
Nazirliyin rəsmi nümayəndəsinin sözlərinə görə, Melani Coli hələ də Ermənistan tərəfindən etnik təmizləməyə, kütləvi qırğınlara və mədəni soyqırıma məruz qalan 1 milyondan çox azərbaycanlının əzablarını tanımayıb.
Ayxan Hacızadə həmçinin bir aforizmə istinad edib. “Necə də dəqiq deyilib: Qərəz kölgə kimidir, ağlı qaranlıqlaşdırır”.
O, Kanada nazirinə faktlara əsaslanmağın vacibliyini xatırladıb.
Azərbaycanın 2023-cü ildəki lokal antiterror tədbirlərindən danışarkən nazirlik nümayəndəsi qeyd edib ki, bu əməliyyat qanuni və mütənasib olub.
“2023-cü ildəki antiterror tədbirləri Azərbaycan ərazisində olan qanunsuz erməni silahlı birləşmələrinin təxribatlarına qarşı qanuni və mütənasib cavab idi. 24 saatdan az davam edən əməliyyat bu birləşmələrin və infrastrukturun neytrallaşdırılmasına yönəlmişdi və tamamilə beynəlxalq humanitar hüquq normalarına uyğun idi. Mülki əhali və infrastruktur hədəfə alınmayıb, erməni sakinlərin regiondan getməsi isə onların könüllü qərarı olub”, ‒ deyə Ayxan Hacızadə əlavə edib.
#Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) teqi istifadə olunub
- Niderland Azərbaycana minatəmizləmə sahəsində dəstək göstərəcək - Baku TV
- Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI
- Üç vətəndaşımızın hamısı xilas edilib | XİN hücumun təfərrüatlarını açıqlayıb - Baku TV
- Enerjidən rəqəmsal xidmətlərədək | İqtisadi əlaqələr hansı sahələrdə genişlənə bilər? - Baku TV
- "Buna çox böyük ehtiyac var" | Ceyhun Bayramov Azərbaycan-Hindistan əlaqələrindən danışdı - Baku TV
