Pleyeri seçin:

Ayxan Hacızadədən mühüm açıqlama | “Rusiya vəziyyəti süni şəkildə...”

02 iyul 2025 715 baxış

“Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibinin və Rusiyanın ölkəmizdəki səfirliyinin 2 iyul tarixli bəyanatlarında guya Azərbaycanda səfərdə olan Rusiya vətəndaşlarına və onların ailə üzvlərinə qarşı hüquq-mühafizə orqanları tərəfindən fiziki güc tətbiq edildiyi, habelə həbs olunmuş Rusiya vətəndaşlarına konsulluq dəstəyinin göstərilməsi ilə bağlı Rusiyanın rəsmi müraciətlərinə Azərbaycan tərəfindən cavab verilmədiyi iddiaları əsassızdır”.

Bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadənin Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibinin və Rusiya səfirliyinin 2 iyul tarixli bəyanatları ilə bağlı şərhində deyilir.

“Azərbaycan tərəfindən saxlanılan və həbs edilmiş qruplaşmalar, eləcə də ölkəmizdə qanunsuz fəaliyyət göstərən “Sputnik Azərbaycan” filialında çalışan Rusiya vətəndaşları ilə bağlı Azərbaycan tərəfinin rəsmi mövqeyi ictimaiyyətə açıqlanıb.

Konsulluq dəstəyi məsələsinə gəldikdə Rusiya tərəfindən 30 iyun və 1 iyul tarixlərində XİN-ə daxil olmuş müraciətlər dərhal aidiyyəti dövlət qurumuna ünvanlanıb və həbs olunmuş şəxslərin kimliyi və təhqiqat aparan səlahiyyətli qurum barədə müvafiq məlumat Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Konsulluq Konvensiyasının 39-cu maddəsinin 1-ci bəndinə əsasən, Rusiya tərəfinə təqdim olunub. Ümumilikdə Konvensiyaya uyğun olaraq müraciətlərə baxılması müddəti Rusiya tərəfinə məlumdur”, ‒ deyə Ayxan Hacızadə bildirib.

Onun sözlərinə görə, Rusiyanın müxtəlif şəhərlərində saxlanılan və cəzaçəkmə müəssisələrində olan Azərbaycan vətəndaşları ilə konsulluq görüşlərinin təşkil olunması üçün dəfələrlə edilmiş müraciətlərimizə Rusiya tərəfindən cavabların həftələrlə gecikdirilməsini Azərbaycan tərəfi heç zaman ictimailəşdirərək siyasiləşdirməyib:

“Qeyd edilənləri nəzərə alaraq Rusiya tərəfini vəziyyəti süni şəkildə daha da gərginləşdirən addımlardan və bəyanatlardan çəkinməyə çağırırıq”.

Paşinyan Azərbaycanla sərhəddə yerləşən anklavlarla bağlı açıqlama verdi - Baku TV CANLI

Paşinyan Azərbaycanla sərhəddə yerləşən anklavlarla bağlı açıqlama verdi - Baku TV CANLI

Siyasət
17 sentyabr 2026 715 baxış
Dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər - Baku TV

Dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər - Baku TV

Siyasət
17 sentyabr 2026 715 baxış
Sensasiya | ABŞ Rusiyaya qarşı “cəhənnəm sanksiyaları”nı işə salır - Baku TV

Sensasiya | ABŞ Rusiyaya qarşı “cəhənnəm sanksiyaları”nı işə salır - Baku TV

Siyasət
17 sentyabr 2026 715 baxış
“Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfrans

“Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfrans

Siyasət
17 sentyabr 2026 715 baxış
Bakıda “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfrans - Baku TV

Bakıda “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfrans - Baku TV

Siyasət
17 sentyabr 2026 715 baxış
Bakıda beynəlxalq konfrans | Əsas müzakirə mövzusu nə oldu? - Baku TV

Bakıda beynəlxalq konfrans | Əsas müzakirə mövzusu nə oldu? - Baku TV

Siyasət
16 sentyabr 2026 715 baxış
Layihənin reallaşması TDT daxilində inteqrasiyaya nə kimi töhfə verəcək?

Layihənin reallaşması TDT daxilində inteqrasiyaya nə kimi töhfə verəcək?

Siyasət
16 sentyabr 2026 715 baxış
Türk dünyasında sərbəst hərəkət dövrü başlayır? - Baku TV

Türk dünyasında sərbəst hərəkət dövrü başlayır? - Baku TV

Siyasət
16 sentyabr 2026 715 baxış
Onlara "ev-iş-ev" formatında yaşamaq təklif olunacaq

Onlara "ev-iş-ev" formatında yaşamaq təklif olunacaq

Siyasət
16 sentyabr 2026 715 baxış
İran Azərbaycan marşrutuna yönəlir: regionda nə dəyişir? - AKTUAL GÜNDƏM

İran Azərbaycan marşrutuna yönəlir: regionda nə dəyişir? - AKTUAL GÜNDƏM

Siyasət
16 sentyabr 2026 715 baxış
Seçilmişlər
icon