Pleyeri seçin:

Ayxan Hacızadədən sərt reaksiya | Ermənistandakı missiya ifşa edildi

12 fevral 2024 508 baxış

Avropa İttifaqının (Aİ) Ermənistandakı Monitorinq Missiyasının əldə olunmuş ilkin razılıqlara zidd olan fəaliyyəti ciddi narahatlıq doğurur.

Bu barədə Xarici İşlər Nazirliyinə (XİN) çağırılan Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalkoya bildirilib.

Sözügedən missiyanın regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə sui-istifadə olunduğu qeyd edilib.

Missiyanın mahiyyət etibarilə müxtəlif Avropa rəsmilərinin, habelə qeyri-rəsmi nümayəndə heyətlərinin sərhəd bölgələrinə səfərlərinin təşkilinə töhfə verən “binokl diplomatiyası”nın agentinə çevrildiyi Aİ tərəfinin diqqətinə çatdırılıb. İstisnasız olaraq bu qəbildən olan bütün səfərlərdən Azərbaycana qarşı nifrətin yayılması, habelə əsassız Azərbaycanofobiyanın genişləndirilməsi üçün istifadə olunduğu qeyd edilib.

“Binokl diplomatiyası”nın bu fəallığının sərhəd boyunca indiyədək görülməmiş sakitliyin hökm sürdüyü, habelə həm Azərbaycanın, həm də Ermənistanın ciddi etimad quruculuğu tədbirləri həyata keçirdiyi bir zamanda müşahidə olunmasının xüsusilə narahatlıq doğurduğu bildirilib.

Bununla yanaşı, monitorinq missiyasının məsul olduğu bölgələrdə qanunsuz keçid cəhdinin qarşısının alınması ilə bağlı son hadisə bu missiyanın bəyan edilmiş tapşırıqlarına ciddi kölgə salır.

Bu qəbildən narahatlıq doğuran fəaliyyət heç bir şəkildə qeyd olunan missiyanın neytral bir aktor kimi inam və etimad quruculuğuna töhfə verməklə bağlı bəyan edilmiş məqsədlərinə uyğun gəlmir.

Ermənistan ərazisində yerləşdirilən missiyanın bəyan edilmiş mandatına uyğun olaraq neytral, mülki və silahsız missiya kimi fəaliyyət göstərməsi, habelə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı yönəlmiş və ya onun legitim təhlükəsizlik maraqlarına bu və ya digər şəkildə təsir edəcək hər hansı fəaliyyətdən çəkinməsini təmin etmək üçün bütün lazımi tədbirlər görməyə dair Aİ tərəfinə ciddi şəkildə çağırış edilib.

Yol polisindən sürücülərə xəbərdarlıq | Tehran masaya yeni plan qoydu - YENİ BİR SƏHƏR

Yol polisindən sürücülərə xəbərdarlıq | Tehran masaya yeni plan qoydu - YENİ BİR SƏHƏR

Siyasət
29 sentyabr 2026 508 baxış
Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümü qeyd edilib - Baku TV

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümü qeyd edilib - Baku TV

Siyasət
29 sentyabr 2026 508 baxış
ANAMA vətəndaşları minalardan təmizlənməmiş ərazilərə daxil olmamağa çağırıb - Baku TV

ANAMA vətəndaşları minalardan təmizlənməmiş ərazilərə daxil olmamağa çağırıb - Baku TV

Siyasət
29 sentyabr 2026 508 baxış
Ukraynadan 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün Azərbaycana gətirilib - Baku TV

Ukraynadan 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün Azərbaycana gətirilib - Baku TV

Siyasət
28 sentyabr 2026 508 baxış
Azərbaycanlıların yaşadığı kəndin izi necə silindi? | Güllüdüzün unudulan tarixi yenidən araşdırıldı

Azərbaycanlıların yaşadığı kəndin izi necə silindi? | Güllüdüzün unudulan tarixi yenidən araşdırıldı

Siyasət
28 sentyabr 2026 508 baxış
Əsrlərlə azərbaycanlıların yaşadığı Ağbulağın taleyi necə dəyişdi? - Baku TV

Əsrlərlə azərbaycanlıların yaşadığı Ağbulağın taleyi necə dəyişdi? - Baku TV

Siyasət
28 sentyabr 2026 508 baxış
Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM

Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM

Siyasət
28 sentyabr 2026 508 baxış
Azad edilmiş ərazilərdə həyat addım-addım bərpa olunur

Azad edilmiş ərazilərdə həyat addım-addım bərpa olunur

Siyasət
28 sentyabr 2026 508 baxış
Trampdan Putin və Zelenskiyə mesaj | Əraqçi Hörmüz böhranının həll yolunu açıqladı - YENİ BİR SƏHƏR

Trampdan Putin və Zelenskiyə mesaj | Əraqçi Hörmüz böhranının həll yolunu açıqladı - YENİ BİR SƏHƏR

Siyasət
28 sentyabr 2026 508 baxış
Qələbədən sonra azad olunan torpaqlarda hansı böyük dəyişikliklər baş verdi? - Baku TV

Qələbədən sonra azad olunan torpaqlarda hansı böyük dəyişikliklər baş verdi? - Baku TV

Siyasət
28 sentyabr 2026 508 baxış
Seçilmişlər
icon