Pleyeri seçin:

AZAL-ın qəzaya düşən təyyarəsi ilə bağlı feyk xəbərlər yayıldı | Bu məlumatlara aldanmayın!

28 yanvar 2025 399 baxış

Xarici İşlər Nazirliyi adından yayılan feyk məlumat Azərbaycana qarşı dezinformasiya kampaniyasının tərkib hissəsidir.

Bu barədə Medianın İnkişafı Agentliyindən bildirilib.

Məlumata görə, bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının Prezidentinin “deepfake” texnologiyalarından istifadə edilərək hazırlanmış saxta videomüraciəti yerləşdirilib, habelə Xarici İşlər Nazirliyi adından “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktauda qəzaya uğraması ilə əlaqədar həqiqəti əks etdirməyən, feyk məlumat yayılıb.

“Qəti şəkildə bildirmək istəyirik ki, heç bir reallığı əks etdirməyən bu saxta məlumatlar mərkəzləşdirilmiş qaydada Azərbaycanın informasiya mühitinə müdaxilə xarakteri daşıyan dezinformasiya kampaniyasının tərkib hissəsidir.

Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa çağıraraq xatırladırıq ki, Azərbaycan Respublikasının Prezidentinin rəsmi saytı və sosial media hesabları daim aktivdir və dövlət başçısının fəaliyyətini operativ formada işıqlandırmaqdadır. Eyni zamanda dövlətin rəsmi mövqeyini ifadə edən müvafiq məlumatları Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi saytı və sosial media hesablarından əldə edə bilərsiniz.

Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bir daha bu kimi hallara qarşı hər zaman prinsipial mövqe nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik”, – deyə açıqlamada bildirilib.

Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 399 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 399 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 399 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 399 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 399 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 399 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 399 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 399 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 399 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 399 baxış
Seçilmişlər
icon