Pleyeri seçin:

Azərbaycan-Almaniya Biznes Şurası yaradılıb - Baku TV

21 iyul 2026 459 baxış

İyulun 21-də Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşmək üçün Berlindəki “Villa Borsig” iqamətgahına gəlib.

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer dövlət başçısını qarşılayıb. Prezident İlham Əliyev burada xatirə kitabını imzalayıb. Sonra Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib.

İyulun 21-də Berlində Prezident İlham Əliyevin almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə geniş tərkibdə də görüşü olub.

Frank-Valter Ştaynmayer dünyada və regionda cərəyan edən hadisələr fonunda Azərbaycanı və Almaniyanı sabitlik adası kimi xarakterizə edib. O, Azərbaycan-Ermənistan sülh gündəliyində əldə olunmuş nailiyyətlər münasibətilə təbriklərini çatdırıb.

Almaniya Prezidenti Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu xüsusi qeyd edib.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rola toxunan Prezident İlham Əliyev ölkəmizin artıq Almaniya və Avstriyaya da qaz ixrac etdiyini deyib.

Söhbət zamanı Azərbaycanla Almaniya arasında münasibətlərin dostluq xarakteri daşıdığı qeyd edilib, iqtisadi və biznes əlaqələrinin inkişafı üçün geniş imkanların olduğu bildirilib, dövlət başçısının Almaniyaya bu səfərinin ikitərəfli əməkdaşlığın inkişafına ciddi təkan verəcəyinə əminlik ifadə olunub.

Bu səfər zamanı Azərbaycan-Almaniya əlaqələrinin strateji mahiyyət kəsb etməsi ilə əlaqədar Prezident İlham Əliyev və Kansler Fridrix Mertsin imzalayacağı “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”nin əhəmiyyəti vurğulanıb.

Görüşdə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya səfəri xatırlanıb, bu xüsusda Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafı qeyd edilib.

Söhbət zamanı Orta Dəhlizin əhəmiyyəti və bu dəhlizdə Azərbaycanın önəmli roluna toxunulub, Yaxın Şərqdə yaranmış vəziyyət barədə fikir mübadiləsi aparılıb.

Daha sonra Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib. Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts dövlət başçısını qarşılayıb.

Almaniya nümayəndə heyəti Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Federal Kansler Fridrix Mertsə təqdim edilib. Fəxri qarovul dəstəsinin rəisi dövlət başçısına və Federal Kanslerə raport verib.

Azərbaycan Respublikasının və Almaniya Federativ Respublikasının Dövlət himnləri səsləndirilib. Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

İyulun 21-də Berlində Almaniya-Azərbaycan sənədlərinin imzalanması mərasimi keçirilib.

Prezident İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”ni imzalayıblar.

Tədbirdə həmçinin “Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə” imzalanıb.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 459 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 459 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 459 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 459 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 459 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 459 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 459 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 459 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 459 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 459 baxış
Seçilmişlər
icon