Pleyeri seçin:
“Azərbaycan bu gün regionun əsas oyunçusudur” | Slovakiya Prezidenti
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan bu gün regionun əsas oyunçusudur, sabitliyin və inkişafın qarantıdır. Eyni zamanda Azərbaycan nəqliyyat marşrutlarının və qovşaqların birləşdiyi mühüm məkandır və bu sahədə regionda əhəmiyyətli rol oynayır”.
Bu sözləri Slovakiya Prezidenti Peter Pelleqrini Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatı zamanı səsləndirib.
“Cənab Prezident, enerji böhranı başlayan kimi təbii qaz ehtiyatlarınızdan ölkəmiz üçün ayırdığınıza görə sizə və Azərbaycana təşəkkür edirəm. Bu, enerji qıtlığı yaşayan Slovakiya üçün xilasedici addım oldu. Əminəm ki, bundan sonra da həmkarlarımız sabit enerji təchizatı ilə bağlı səmərəli danışıqlar aparacaqlar”, – deyə Slovakiya Prezidenti bildirib.
Kopyalandı
#Slovakiya teqi istifadə olunub
- Slovakiyada maraqlı sorğu: əhali Bakının "Dünya İdman Paytaxtı" seçilməsindən xəbərdardır? - Baku TV
- İdmançılarımız hansı nəticələri əldə ediblər?
- Dünya çempionatının son günündən ən diqqətçəkən nəticələr - Baku TV
- Azərbaycanlı idmançıların ümumilikdə 3 medalı var
- Bratislavada güləş üzrə U20 dünya çempionatı keçirilir - Baku TV
