Azərbaycan bu tələbi irəli sürüb, biz isə... | Simonyandan qalmaqallı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan belə bir tələb irəli sürüb, Ermənistan isə müşahidəçilərin fəaliyyətinin davam etdirilməsi ilə bağlı öz versiyasını təqdim edib”.
Bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan Avropa İttifaqı “mülki missiyası”nın fəaliyyətindən Azərbaycanın narazılığını şərh edərkən bildirib.
Onun sözlərindən belə anlaşılıb ki, Ermənistan fevralda başa çatan Aİ missiyasının mandatını uzatmaq niyyətindədir.
Belə ki, Simonyan Baş nazir Paşinyanın sözlərini təkrarlayaraq, müşahidə missiyasının yalnız delimitasiya və demarkasiya edilmiş ərazilərdə – məsələn Kirantsda fəaliyyət göstərməsinə ehtiyac olmadığını vurğulayıb.
Sərhədin delimitasiya və demarkasiya prosesinin illərlə, hətta onillərlə davam etdiyini nəzərə alsaq, görünür, Ermənistan Aİ-ni “müşahidə missiyası” adı altında hələ uzun müddət regionda saxlamağa davam edəcək.
Qeyd edək ki, Ermənistanın Azərbaycanla sərhədə Aİ “mülki missiyası” əvvəlcə iki aylıq gəlsə də, sonradan Bakının razılığı olmadan iki il müddətinə uzadılıb. Müddət 2025-ci ilin fevralında başa çatır. Aİ mandatın uzadılmasına çalışır.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
