Azərbaycan bütün dünyaya göstərdi ki... | Prezident 44 günlük müharibədən danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
“44 gün ərzində çətin coğrafiyada düşmənin 5-6, bəzi yerlərdə 7 müdafiə xəttini yararaq hər gün irəliyə getmək, itkilər verərək aşağıdan yuxarıya qalxmaq, Şuşa kimi alınmaz qalanı sıldırım qayalara dırmaşaraq ancaq yüngül silahlarla azad etmək... Müasir tarixdə hansı ordu buna bənzər qəhrəmanlıq, peşəkarlıq göstərib?!”.
Bu sözləri Prezident İlham Əliyev Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə söyləyib.
Dövlət başçısı bildirib ki, biz bu Qələbə ilə, hərbçilərimizlə fəxr edirik və əbədi fəxr edəcəyik. Ancaq hər bir qərəzsiz təhlilçi, hərbi ekspert və obyektiv insan bizim bütün bu 44 günlük qəhrəmanlıq salnaməsini təhlil edərək eyni nəticəyə gəlməlidir.
“Antiterror əməliyyatı Azərbaycan Ordusunun tam zəfəri ilə başa çatdı. Ermənistan Ordusunun 15 mindən çox hərbi kontingenti tamamilə iflic vəziyyətinə düşdü. Bir neçə saat sonra biz onlarla kapitulyasiya şərtlərini müzakirə etməyə başladıq. Ümumi proses 23 saat davam etsə də, bu prosesin hərbi hissəsi bir neçə saat davam edib. Bütün bunlar bir daha dövlətimizin gücünü, xalqımızın iradəsini, gənc nəslin tərbiyəsini, bacarığını göstərir”, – o qeyd edib.
İlham Əliyevin sözlərinə görə, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı Azərbaycanın beynəlxalq hüququnu, öz milli qürurunu bərpa etməklə yanaşı, bütün dünyaya nümayiş etdirdi ki, ədalətsizlik əbədi davam edə bilməz.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
