Pleyeri seçin:

Azərbaycan ərazi bütövlüyünü tam bərpa etdi

23 sentyabr 2023 285 baxış

Davamlı hərbi təxribatlar və yeni ərazilərin işğalı təhdidi ilə 2020-ci ildə kövrək atəşkəsi pozub yenidən iki ölkə arasında müharibəyə səbəb olan təcavüzkar Ermənistan bu savaşda biabırçı məğlubiyyətə uğradı. Lakin 44 günlük Vətən müharibəsinin yaratdığı reallıq işğalçı tərəfə tam dərs olmadı. Əgər erməni millətçiliyinin yaratdığı xəstə təxəyyül olmasaydı, işğalçı Ermənistan 2020-ci il 10 noyabr tarixli məlum üçtərəfli anlaşma əsasında götürdüyü öhdəlikləri tam yerinə yetirər və Azərbaycanı növbəti hərbi tədbirə – təxminən 24 saatlıq lokal xarakterli antiterror tədbirinə məcbur etməzdi. Sentyabrın 23-də başlanan antiterror tədbiri əslində 44 günlük Vətən müharibəsinin davamı kimi də xarakterizə oluna bilər.

Prezident İlham Əliyevin “nəyi nə vaxt etmək” barədə siyasi-fəlsəfi məzmunlu açıqlaması vaxtında verilən düzgün siyasi qərar və onun mükəmməl icrası arasında sarsılmaz vəhdət təşkil edir. Bəli, 44 günlük Vətən müharibəsində olduğu kimi, 1 sutkalıq lokal xarakterli antiterror tədbiri də beynəlxalq hüquqa uyğun olaraq zamanında başladı və uğurla sona çatdırıldı. Vaxtında verilən qətiyyətli hərbi-siyasi qərarların mükəmməl icrası sayəsində Azərbaycan ərazi bütövlüyünü tam bərpa edildi. 2023-cü ildə dövlətçilik tariximizə qızıl hərflərlə yazılan antiterror tədbiri isə Ermənistanın himayədarlarına və Xankəndidəki separatçı rejimə növbəti sarsıdıcı zərbəni vurdu.

Beynəlxalq hüquqa əsaslanan antiterror tədbirləri nəticəsində Azərbaycan qarşıya qoyulan bütün hədəflərə nail oldu. Bütün kommunikasiyalar, yollar, yüksəkliklər nəzarətə götürüldü. Artıq ən qısa zamanda Qarabağ iqtisadi bölgəsinin bütün ərazisində Azərbaycan qanunları bərqərar olunacaq, siyasi hakimiyyətin fəaliyyəti təmin olunacaq.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 285 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 285 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 285 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 285 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 285 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 285 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 285 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 285 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 285 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 285 baxış
Seçilmişlər
icon