Pleyeri seçin:

Azərbaycan–Ermənistan arasında neft tədarükünün ilk mərhələsi - Baku TV

20 dekabr 2025 714 baxış

Prezident İlham Əliyevin qərarı ilə oktyabr ayında Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb. Beləliklə, qonşu ölkəyə yük göndərişi davam edir. Dekabrın 19-da SOCAR tərəfindən ilk dəfə Bakı neftinin Ermənistana tədarükü həyata keçirilib.

Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sözlərinə görə, bu əməliyyat regionda sülhün möhkəmləndiyinin göstəricisidir:

“Potensial ikitərəfli ticarət məhsullarının siyahısı yanacaqla məhdudlaşmır. Sadə dillə desək, yanacaq ilk bağlanan kommersiya müqaviləsi idi. Mən inanıram ki, biz digər məhsul növləri ilə bağlı gələcək ikitərəfli ticarət əməliyyatlarının şahidi olacağıq. Ölkəmizin və Azərbaycanın idxal-ixrac balansları fərqli olsa da, bu fərqlər qarşılıqlı ticarət vasitəsilə tamamlana bilər. Bir daha qeyd etməliyəm ki, hazırda sülhün möhkəmləndirilməsi məsələsi daha böyük əhəmiyyət kəsb edir, çünki ikitərəfli ticarət yalnız sülh şəraitində mövcud ola bilər”.

Qeyd edək ki, 22 vaqona yüklənmiş 1 220 ton “Aİ-95” markalı avtomobil yanacağı “Azərbaycan Dəmir Yolları”nın yük qatarı ilə Böyük Kəsik stansiyasından yola salınıb. Yük oradan Gürcüstan vasitəsilə Ermənistana çatdırılıb.

Xatırladaq ki, bu barədə razılaşma noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev ilə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə olunub.

Bu ölkədə azərbaycanlılar üçün viza tələbi aradan qalxır - Baku TV

Bu ölkədə azərbaycanlılar üçün viza tələbi aradan qalxır - Baku TV

Siyasət
30 sentyabr 2026 714 baxış
Rusiya Prezidentinin qərarı bu ölkədə yaşayan soydaşlarımıza necə təsir edəcək?

Rusiya Prezidentinin qərarı bu ölkədə yaşayan soydaşlarımıza necə təsir edəcək?

Siyasət
30 sentyabr 2026 714 baxış
Prezident İlham Əliyev "ADEX 2026"nın açılışında iştirak etdi - Baku TV

Prezident İlham Əliyev "ADEX 2026"nın açılışında iştirak etdi - Baku TV

Siyasət
30 sentyabr 2026 714 baxış
Birləşmiş Krallıqla tərəfdaşlığın önəmi | Prezident Lord Vernon Kioakeri qəbul etdi - Baku TV

Birləşmiş Krallıqla tərəfdaşlığın önəmi | Prezident Lord Vernon Kioakeri qəbul etdi - Baku TV

Siyasət
30 sentyabr 2026 714 baxış
Gözlənilməz qadağanın səbəbi | Bu qərar Rusiyadakı azərbaycanlılara necə təsir edəcək? - Baku TV

Gözlənilməz qadağanın səbəbi | Bu qərar Rusiyadakı azərbaycanlılara necə təsir edəcək? - Baku TV

Siyasət
30 sentyabr 2026 714 baxış
Azərbaycanlıların Ermənistana qayıdışı beynəlxalq müstəvidə həll olunur? - AKTUAL GÜNDƏM

Azərbaycanlıların Ermənistana qayıdışı beynəlxalq müstəvidə həll olunur? - AKTUAL GÜNDƏM

Siyasət
30 sentyabr 2026 714 baxış
Avropada görünməyən müharibə başlayıb? | Trampdan İranla bağlı iddialı proqnoz - YENİ BİR SƏHƏR

Avropada görünməyən müharibə başlayıb? | Trampdan İranla bağlı iddialı proqnoz - YENİ BİR SƏHƏR

Siyasət
30 sentyabr 2026 714 baxış
Bakıdan Tehrana mühüm səfər | Tərəflər nəticə üçün vaxt itirmək istəmir - Baku TV

Bakıdan Tehrana mühüm səfər | Tərəflər nəticə üçün vaxt itirmək istəmir - Baku TV

Siyasət
30 sentyabr 2026 714 baxış
"Birliyin Gücü – 2026” təlimində praktiki məşqlər icra olunur | "Haber Global"dan süjet - Baku TV

"Birliyin Gücü – 2026” təlimində praktiki məşqlər icra olunur | "Haber Global"dan süjet - Baku TV

Siyasət
29 sentyabr 2026 714 baxış
Şirkətlər nağd rubl çıxara biləcək? | Beynəlxalq daşıyıcılara xüsusi şərt qoyulub - Baku TV CANLI

Şirkətlər nağd rubl çıxara biləcək? | Beynəlxalq daşıyıcılara xüsusi şərt qoyulub - Baku TV CANLI

Siyasət
29 sentyabr 2026 714 baxış
Seçilmişlər
icon