Azərbaycan Ermənistanı Avropa Məhkəməsinə verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan hökuməti işğaldan azad edilən ərazilərdə azərbaycanlıların insan hüquqlarının kobud şəkildə pozulmasına görə Ermənistana qarşı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət təqdim edib.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, Azərbaycan 2022-ci ilin may-avqust aylarında Ermənistanın Laçın şəhərini və iki qonşu kəndi tərk etməsi zamanı əmlakın, o cümlədən yüzlərlə mülki evin və digər yaşayış sahələrinin qəsdən və məqsədyönlü şəkildə dağıdılmasına dair bir sıra sübutlar təqdim edib.
Nazirlikdən o da bildirilib ki, Azərbaycan insan hüquqlarının kobud şəkildə pozulması nəticəsində dəyən ziyana görə kompensasiya, reparasiya, restitusiya, digər xərclərin qarşılanmasını tələb edir. Beynəlxalq insan hüquqlarının davamlı və məqsədyönlü şəkildə pozulmasına görə Ermənistan hökumətininin məsuliyyətə cəlb edilməsi üçün səylər davam etdiriləcək.
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
