Pleyeri seçin:

Azərbaycan Prezidenti Daşkənddə İslam Sivilizasiyası Mərkəzini ziyarət edib

15 noyabr 2025 449 baxış

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistana səfəri çərçivəsində noyabrın 15-də Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub.

Məlumat üçün bildirək ki, İslam Sivilizasiyası Mərkəzinin təməli 2018-ci ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Qərarı ilə qoyulub. Layihənin həyata keçirilməsində yüzlərlə alim, ekspert, həmçinin dini və ictimai xadim iştirak edib. Mərkəz Səmərqənd şəhərinin qədim memarlıq abidələri üslubunda hazırlanıb və 10 hektardan çox ərazini əhatə edir. Binada 65 metr hündürlüyündə günbəz inşa olunub. Mərkəzə tədqiqat, nadir əlyazmaların milli reyestrinin aparılması, əlyazmalar fondu, kitabxana və arxivlər, nəşriyyat şöbələri və digər şöbələr daxildir.

Zalda Samanilər, Qaraxanlılar, Xarəzmşahlar, Teymurilər və digər sülalələr dövründə yazılmış “Quran”ın əlyazma nüsxələri, həmçinin onların özbək dilinə tərcümələri təqdim olunur. Mərkəzdə dini-maarifləndirici və innovativ media layihələri reallaşdırılıb.

Holoqrafiya, qurğular və proyeksiya texnologiyalarının köməyi ilə “Zaman divarı” nəhəng multimedia panelində müxtəlif dövrlərin ən mühüm tarixi mərhələləri, böyük kəşflər və görkəmli şəxsiyyətlər barədə məlumat verilir.

Mərkəzin binasında 100 min əlyazma və bir milyondan çox kitab mövcuddur. Eləcə də binada nəhəng kitabxana və İslam Sivilizasiyası Mərkəzinin elmi şöbəsi, beynəlxalq təşkilatların ofisləri yerləşir.

Mərkəzin muzey ekspozisiyası “İslamdan əvvəl sivilizasiyalar”, “Birinci İntibah dövrü”, “İkinci İntibah dövrü”, “XX əsrdə Özbəkistan”, “Yeni Özbəkistan – Üçüncü İntibahın əsası” və “Müqəddəs Quran” adlı zallardan ibarətdir. Ekspozisiyanın mərkəzində yerləşən “Müqəddəs Quran” zalında müsəlman dünyasının mənəvi incisi – “Osman Quranı” saxlanılır.

Bu Mərkəz UNESCO və ICESCO da daxil olmaqla bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri qurub.

Banner
Media və Yayım Şurası diqqətli olmağa çağırır - Baku TV

Media və Yayım Şurası diqqətli olmağa çağırır - Baku TV

Siyasət
12 oktyabr 2026 449 baxış
İran ideoloji suverenliyimizi sınağa çəkir?

İran ideoloji suverenliyimizi sınağa çəkir?

Siyasət
12 oktyabr 2026 449 baxış
“Güclü Bakı Tehrandakı rejim üçün ciddi təhdid və təhlükədir” | Siyasi şərhçi

“Güclü Bakı Tehrandakı rejim üçün ciddi təhdid və təhlükədir” | Siyasi şərhçi

Siyasət
12 oktyabr 2026 449 baxış
Ukraynalı uşaqlara Azərbaycanda psixoloji dəstək göstəriləcək - ANA XƏBƏR

Ukraynalı uşaqlara Azərbaycanda psixoloji dəstək göstəriləcək - ANA XƏBƏR

Siyasət
12 oktyabr 2026 449 baxış
Azərbaycan və Kamboca beynəlxalq platformalarda əməkdaşlığı gücləndirmək əzmindədir - Baku TV

Azərbaycan və Kamboca beynəlxalq platformalarda əməkdaşlığı gücləndirmək əzmindədir - Baku TV

Siyasət
12 oktyabr 2026 449 baxış
Kambocanın Baş naziri logistika barədə danışdı - Baku TV

Kambocanın Baş naziri logistika barədə danışdı - Baku TV

Siyasət
12 oktyabr 2026 449 baxış
"ASAN" dövlət xidmətləri sistemimiz Kambocada da maraq doğurur" | Prezident - Baku TV

"ASAN" dövlət xidmətləri sistemimiz Kambocada da maraq doğurur" | Prezident - Baku TV

Siyasət
12 oktyabr 2026 449 baxış
Azərbaycanla Kamboca arasında üç saziş imzalanıb - Baku TV

Azərbaycanla Kamboca arasında üç saziş imzalanıb - Baku TV

Siyasət
12 oktyabr 2026 449 baxış
Məktəblərdə vahid geyim qaydaları kimləri narahat edir? - AKTUAL GÜNDƏM

Məktəblərdə vahid geyim qaydaları kimləri narahat edir? - AKTUAL GÜNDƏM

Siyasət
12 oktyabr 2026 449 baxış
Prezident İlham Əliyev İsgəndər Momenini qəbul edib - Baku TV

Prezident İlham Əliyev İsgəndər Momenini qəbul edib - Baku TV

Siyasət
12 oktyabr 2026 449 baxış
Seçilmişlər
icon