Pleyeri seçin:

Azərbaycan Prezidentinin bu siyasi gedişi amerikalı jurnalisti heyran etdi | BİZDƏN NƏ DANIŞIRLAR?

02 dekabr 2024 212 baxış

“Bizdən nə danışırlar?” verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişdə bildirilib ki, beynəlxalq tədbir olan COP29 öz işini başa çatdırıb. Bəşəriyyət üçün son dərəcə böyük əhəmiyyət kəsb edən bu hadisə illər boyu ürəklərdə xoş duyğular yaradacaq. Bunu xarici mənbələrdə dərc olunan xəbərlərdən də görmək mümkündür.

ABŞ-nin “Foreign Policy Association” nəşrində tanınmış politoloq və jurnalist Reyçel Avraham Baş Qərargahı Nyu-Yorkda yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında dərc olunmuş “Müstəmləkə bölgələr üçün iqlim ədaləti vacib şərtdir” başlıqlı məqalədə Fransa və digər Avropa dövlətlərinin müstəmləkə istismarının ekoloji fəsadlarından yazıb.

Müəllif vaxtilə müharibə şəraitindən çıxmış Qarabağ bölgəsinə səfər edərkən erməni köçkünlərinin bölgədə necə ciddi ekoloji böhran yaratdığının şahidi olduğuna diqqət çəkib. Çirklənmiş, balıqsız çayları, kökündən qoparılmış ağacları, yandırılmış əkin sahələrini, minalarla əhatə olunmuş, dağıdılmış minlərlə evləri və çuxurlarla dolu torpaq yollarını gördüyünü yazıb.

Məqalənin sonunda müəllif diqqətçəkən açıqlama verib:

“Həqiqətən də, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə erməni köçkün müstəmləkəçiliyi tarixin zibilliyinə atılıb. Digər müstəmləkəçi qüvvələr də tezliklə onun ardınca gedə bilərlər”.

Türkiyənin “Anadolu” agentliyi COP29 çərçivəsində “İqlim maliyyələşməsi” mövzusunda fəal müzakirələrə, eləcə də Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizəyə töhfəsinə diqqət çəkib.

Qardaş ölkənin aparıcı informasiya agentliyi Prezident İlham Əliyevin “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutaraq Azərbaycanın vicdanlı vasitəçi kimi çıxış etdiyini və iqlim danışıqlarına qərəzsiz dəstəklənməsi üçün bütün imkanlardan istifadə etdiyi barədə bəyanatından sitat gətirib.

Ukraynanın “RBC-Ukrayna” nəşri Bakıda COP29-da əldə olunmuş razılaşmaya dair məqalə dərc edib.

Bildirilib ki, COP29 razılaşması iqlim dəyişikliyi ilə mübarizədə gələcək addımların əsasını qoyub. Yekun razılaşmaya əsasən, zəngin ölkələr 2035-ci ilə qədər yoxsul ölkələrə iqlim dəyişikliyi ilə mübarizədə kömək etmək üçün ildə ən azı 300 milyard dollar ayırmağa razılaşıb. 

Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 212 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 212 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 212 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 212 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 212 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 212 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 212 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 212 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 212 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 212 baxış
Seçilmişlər
icon