Azərbaycan "Nora" aldı, Ermənistan isə "Trayan" | Qafqazda yeni artilleriya dueli - HƏRBİ XRONİKA
Yeniliklərdən dərhal xəbərdar olun
“Hərbi xronika” rubrikasının budəfəki buraxılışında Ermənistan seçkilərindən sonra formalaşan siyasi mühit fonunda Cənubi Qafqazda hərbi balans və müasir artilleriya konsepsiyalarında baş verən dəyişikliklər təhlil edilib.
Bildirilib ki, 30 illik münaqişədən sonrakı sülh prosesi ilə bağlı gözləntilərin artdığı bir dövrdə Ermənistanın Hindistandan əldə etdiyi “Trajan” (Trayan) artilleriya sistemləri və Azərbaycanın Serbiyadan tədarük etdiyi “Nora B-52 NG” haubitsaları regionda hərbi modernləşmə yarışının davam etdiyini göstərir. Eyni zamanda bu silah tədarüklərinin seçki dövrünə və geosiyasi gərginliklərin fonuna təsadüf etməsi diqqət mərkəzinə çəkilib.
Qeyd olunub ki, 155 millimetrlik müasir artilleriya sistemlərinə keçid həm Azərbaycan, həm də Ermənistan ordularında sovet dövründən qalan 122 və 152 mm kalibrli platformalardan NATO standartlarına uyğunlaşma prosesinin tərkib hissəsidir. Bu keçid daha uzaq məsafəli, daha dəqiq və idarəolunan döyüş imkanlarının əldə edilməsinə şərait yaradır.
Vurğulanıb ki, müasir hərbi üstünlük yalnız silahların gücü ilə deyil, onların mobilliyi, istehsal və tətbiq sürəti, həmçinin inteqrasiya olunmuş əməliyyat sistemləri ilə müəyyən edilir. Cənubi Qafqazda artilleriya balansı isə məhz bu yeni döyüş konsepsiyalarına uyğun şəkildə yenidən formalaşır.
#Azərbaycan Ordusu teqi istifadə olunub
- 62 nəfərlik qrupun aqibəti - QARABAĞ XRONİKASI
- Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür - Baku TV
- Oktyabrın 17-si Füzuli Şəhəri Günüdür - Baku TV
- Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? - QARABAĞ XRONİKASI
- Azərbaycanın yeni müdafiə strategiyası: ordu üçün nə dəyişəcək? - AKTUAL GÜNDƏM
