Azərbaycan Suriyadakı gərginliklərlə bağlı hansı addımları atır? | Detallar açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
2023-cü ildə Qarabağı erməni separatçılarından geri aldıqdan sonra artan nüfuzu ilə Azərbaycan Suriyada regional hərbi ağır çəkililər arasında gərginliyi aradan qaldırmaq üçün İsrail və Türkiyə ilə sıx əlaqələrindən istifadə edir.
Bu barədə “Times of Israel”in analitik materialında deyilir.
“İsrail ölkənin (Suriya) cənubunda sərhəd bölgəsinə qoşun yerləşdirib, Türkiyə Ordusu isə ölkənin şimalında fəaliyyət göstərir. Məlumata görə, iki ölkə öz qüvvələrinin toqquşmasının qarşısını almaq üçün Azərbaycanın vasitəçiliyi ilə qaynar xətt yaratmağa razılaşıb”, – məqalədə qeyd olunur.
Nəşr əlavə edir ki, Türkiyənin yaxın müttəfiqi və strateji tərəfdaşı kimi Azərbaycan Suriya məsələsi də daxil olmaqla əsas beynəlxalq məsələlərdə Ankaranın mövqeləri ilə ardıcıl şəkildə uzlaşır:
“Amma Azərbaycan ondan neft alan və əsas silah tədarükçüsü olan İsraillə də yaxşı münasibətlərə malikdir”.
Təhlildə vurğulanır ki, Suriyanın yeni rəhbərliyi ilə təmas quran Bakı Türkiyə ilə İsrail arasında texniki danışıqlara şərait yaradaraq sakit diplomatiyaya təkan verir.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
