Pleyeri seçin:

Azərbaycan və Aİ arasında yeni saziş üzrə razılıq əldə olundu | Ceyhun Bayramovdan açıqlamalar

25 aprel 2025 682 baxış

Doqquz ildən sonra Avropa İttifaqı ali nümayəndəsinin Azərbaycana səfər etməsi əlamətdar hadisədir.

Bunu xarici işlər naziri Ceyhun Bayramov Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla keçirilən birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Kaya Kallasın səfəri Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafına böyük töhfə verəcək.

Mətbuat konfransında çıxış edən xarici işlər naziri onu da qeyd edib ki, Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə yaxın vaxtlarda əməli addımlar atılması barədə razılıq əldə olunub.

Onun sözlərinə görə, Aİ ilə Azərbaycan arasında yeni sazişi əhatə edən məsələlərin 90-95 faizi razılaşdırılıb. Ceyhun Bayramov çıxışı zamanı Azərbaycanla Avropa arasındakı ticarət dövriyyəsindən də danışıb. Nazir qeyd edib ki, Azərbaycan qazı 12 ölkəyə ixrac olunur ki, onlardan 10-u Avropa ölkəsidir.

Ceyhun Bayramovun sözlərinə görə, Azərbaycanın növbəti illərdə Avropa İttifaqı ilə iqlim sahəsində əməkdaşlığı da genişlənə bilər.

Nazir Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb. Sülh sazişinin mətninin razılaşdırılması və bundan sonrakı mərhələdə Azərbaycanın Ermənistandan gözləntiləri barədə Aİ ali nümayəndəsinə ətraflı məlumat verilib.

Ceyhun Bayramov bildirib ki, Ermənistanda revanşist meyillərin hələ də olması ciddi narahatlıq doğurur. O qeyd edib ki, Ermənistan ciddi şəkildə silahlandırılır.

Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 682 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 682 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 682 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 682 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 682 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 682 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 682 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 682 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 682 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 682 baxış
Seçilmişlər
icon