Pleyeri seçin:

Azərbaycan və Ermənistan arasında savaş alovlana bilər? | Rusiya XİN-dən xəbərdarlıq

10 fevral 2025 403 baxış

Rusiya Ermənistan və Azərbaycanın gələcək nəsillər üçün “mina” qoymayan, davamlı uzunmüddətli münasibətlərin tənzimlənməsini nəzərdə tutan sülh müqaviləsi hazırlamasının tərəfdarıdır.

Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya”ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, Moskva Qərbin təklif etdiyi tələsik sənədlərin əleyhinədir.

“Biz müttəfiqlik münasibətlərimiz olan Ermənistan və Azərbaycan tərəflərinin elə bir sülh müqaviləsi hazırlamasının tərəfdarıyıq ki, bu, gələcək nəsillər üçün “mina” qoymaq əvəzinə, yol açsın və münasibətlərin davamlı uzunmüddətli tənzimlənməsini nəzərdə tutsun. Təbii ki, biz hər zaman irəliyə doğru hərəkəti asanlaşdırmağa hazırıq və Qərbin təkid etdiyi kimi, Ermənistan və Azərbaycanı həqiqətən mümkün qədər tez hansısa Qərb platformasında sülh müqaviləsi bağlamağa sövq etmək istəyən hər hansı tələsik sənədlərin bağlanmasının əleyhinəyik. Belə tələsik, düşünülməmiş və sonacan yoxlanılmamış qərarlar uzunmüddətli davamlı sülhə deyil, əksinə, gələcək üçün qarşıdurma toxumları əkə bilər ki, bu da sözsüz ki, nə Ermənistan və Azərbaycan, nə Cənubi Qafqaz, nə də Rusiya üçün arzuolunandır”, – M.Qaluzin söyləyib.

Nazir müavini həmçinin erməni tərəfini regional kommunikasiyaların açılması üzrə işi davam etdirməyə çağırıb.

“Təəssüf ki, nəqliyyat kommunikasiyalarının açılması və iqtisadi əlaqələrin bərpası üzrə Rusiya, Azərbaycan və Ermənistan hökumət sədrləri müavinlərinin rəhbərliyi ilə üçtərəfli qrupun işi hazırda dayandırılıb və dondurulub, əgər belə demək mümkündürsə. Əlbəttə ki, biz tərəfləri və ilk növbədə erməni dostlarımızı bu qrup çərçivəsində işə qayıtmağa çağırırıq. Rusiya tərəfi tərəflər istərsə, hər cür köməklik göstərməyə həmişə hazırdır”, – Mixail Qaluzin vurğulayıb.

Bundesfer ehtiyat tutucu raketlərini Kiyevə verəcək

Bundesfer ehtiyat tutucu raketlərini Kiyevə verəcək

Siyasət
09 sentyabr 2026 403 baxış
Azərbaycandan Türkiyəyə COP31-lə bağlı dəstək | "Haber Global" süjet hazırladı - Baku TV

Azərbaycandan Türkiyəyə COP31-lə bağlı dəstək | "Haber Global" süjet hazırladı - Baku TV

Siyasət
09 sentyabr 2026 403 baxış
Ceyhun Bayramov Azərbaycanın bərpaolunan enerji layihələrindən danışıb - Baku TV

Ceyhun Bayramov Azərbaycanın bərpaolunan enerji layihələrindən danışıb - Baku TV

Siyasət
09 sentyabr 2026 403 baxış
ABŞ Ukraynaya ballistik raket verəcək? | Tehranın Vaşinqtona qarşı cavab planı - YENİ BİR SƏHƏR

ABŞ Ukraynaya ballistik raket verəcək? | Tehranın Vaşinqtona qarşı cavab planı - YENİ BİR SƏHƏR

Siyasət
09 sentyabr 2026 403 baxış
Bakıda TRIPP marşrutunun icrası müzakirə edilib - Baku TV

Bakıda TRIPP marşrutunun icrası müzakirə edilib - Baku TV

Siyasət
08 sentyabr 2026 403 baxış
"262  mindən çox..." | ANAMA sədrindən Qarabağla bağlı açıqlama - Baku TV

"262 mindən çox..." | ANAMA sədrindən Qarabağla bağlı açıqlama - Baku TV

Siyasət
08 sentyabr 2026 403 baxış
İrəvan Tehranın tələbini qəbul edəcəkmi?

İrəvan Tehranın tələbini qəbul edəcəkmi?

Siyasət
08 sentyabr 2026 403 baxış
İran TRIPP-ə mane ola bilər? - Paşinyan Tehranın şərtini qəbul edəcək? - Baku TV

İran TRIPP-ə mane ola bilər? - Paşinyan Tehranın şərtini qəbul edəcək? - Baku TV

Siyasət
08 sentyabr 2026 403 baxış
Bakıda beynəlxalq konfrans keçirilir | Fərid Şəfiyevdən tədbirlə bağlı açıqlamalar - Baku TV

Bakıda beynəlxalq konfrans keçirilir | Fərid Şəfiyevdən tədbirlə bağlı açıqlamalar - Baku TV

Siyasət
08 sentyabr 2026 403 baxış
Kənd təsərrüfatında yeni mərhələ | Beynəlxalq tədbirin ikinci günündə nələr yaşanır? - Baku TV

Kənd təsərrüfatında yeni mərhələ | Beynəlxalq tədbirin ikinci günündə nələr yaşanır? - Baku TV

Siyasət
08 sentyabr 2026 403 baxış
Seçilmişlər
icon