Azərbaycan və Ermənistanla bağlı bəyanat
Yeniliklərdən dərhal xəbərdar olun
“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Aİ-nin Cənubi Qafqazda sabitliyi və iki ölkə arasında normallaşmanı təşviq etmək səylərini inkişaf etdirmək üçün Azərbaycan və Ermənistan liderləri ilə sıx əlaqə saxlamağa davam edir”.
Bu barədə qurumun Ermənistan və Azərbaycan üzrə bəyanatında bildirilir. Qeyd edilir ki, liderlər 2023-cü il mayın 14-də Brüsseldə yenidən üçtərəfli görüşü razılaşdırıblar.
Onların müzakirələri həmçinin 1 iyun 2023-cü ildə Kişineuda keçiriləcək Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla görüşlə də əhatə olunacaq.
Liderlər həmçinin Brüsseldə üçtərəfli görüşləri zəruri olduğu qədər tez-tez davam etdirməyə razılaşıblar. Ş.Mişel həmçinin 2023-cü ilin oktyabrında Avropa Siyasi Birliyinin Qranadada keçiriləcək növbəti sammit çərçivəsində Azərbaycan, Ermənistan, Fransa və Almaniya liderlərini ikinci dəfə görüşməyə dəvət etmək niyyətində olduğunu ifadə edib.
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
