Azərbaycan və Pakistanın XİN rəhbərləri əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfəri çərçivəsində pakistanlı həmkarı Məhəmməd İshaq Dar ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Tərəflər Azərbaycan-Pakistan strateji tərəfdaşlığının mövcud vəziyyətini və gələcək perspektivlərini müzakirə ediblər.
Görüş zamanı iki ölkə arasında siyasi dialoqun vacibliyi vurğulanıb. Eləcə də müdafiə sahəsində tarixi əlaqələr və Pakistanın Baş naziri Şahbaz Şəriflə Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi nəticəsində yaranmış yüksək dinamika xüsusi qeyd olunub.
Həmçinin güzəştli ticarət və tranzit ticarəti sazişləri çərçivəsinin optimallaşdırılması hesabına iqtisadi əməkdaşlığın genişləndirilməsi, eləcə də enerji və mayeləşdirilmiş təbii qaz sektorunda qarşılıqlı fəaliyyətin artırılması barədə razılıq əldə olunub.
Tərəflər həmçinin BMT Nizamnaməsinə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə sadiqliklərini təsdiqləyib, Qlobal Cənub ölkələrinin ədalətli beynəlxalq nizamın formalaşdırılmasında rolunun vacibliyini vurğulayıblar.
#Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) teqi istifadə olunub
- Niderland Azərbaycana minatəmizləmə sahəsində dəstək göstərəcək - Baku TV
- Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI
- Üç vətəndaşımızın hamısı xilas edilib | XİN hücumun təfərrüatlarını açıqlayıb - Baku TV
- Enerjidən rəqəmsal xidmətlərədək | İqtisadi əlaqələr hansı sahələrdə genişlənə bilər? - Baku TV
- "Buna çox böyük ehtiyac var" | Ceyhun Bayramov Azərbaycan-Hindistan əlaqələrindən danışdı - Baku TV
