Azərbaycan və Serbiya müdafiə nazirlikləri arasında vacib görüş keçirildi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan və Serbiya müdafiə nazirlikləri arasında 2024-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində iki ölkənin mühəndis təminatı üzrə hərbi ekspertlərinin humanitar mina təmizləmə mövzusunda işçi görüşü keçirilib.
Bu barədə Müdafiə nazirliyindən məlumat verilib.
Görüşdə Mühəndis Qoşunları Baş İdarəsinin rəisi Anar Kərimov qonaqlara Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbədən sonra azad edilmiş ərazilərdə minaların təmizlənməsi üzrə görülən işlər barədə ətraflı məlumat verib.
Bildirilib ki, işğaldan azad edilmiş çətin relyefə malik ərazilərdə xidmətin yüksək səviyyədə təşkili üçün mühəndis təminatı üzrə zəruri tədbirlər digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə davam etdirilir.
Görüşdə həmçinin minalar, əldəqayırma partlayıcı qurğular və partlamamış döyüş sursatlarının zərərsizləşdirilməsi üçün hər iki ölkənin silahlanmasında olan texnika, eləcə də mühəndis bölmələrinin təchizatı və digər zəruri mövzular barədə ətraflı fikir mübadiləsi aparılıb.
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
