Azərbaycan və Ukrayna liderləri nələri müzakirə etdi? | Detallar açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
İyulun 1-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Volodimir Zelenski Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarda həmvətənlərimizin qətlə yetirilməsi ilə bağlı Ukrayna ictimaiyyətinin başsağlığını çatdırıb.
Dövlət başçısı başsağlığına görə minnətdarlığını bildirib.
Prezident Volodimir Zelenski həmçinin Ukrayna vətəndaşlarının İrandan təxliyəsi məsələsində Azərbaycanın dəstəyinə görə dövlət başçısına təşəkkür edib.
Telefon söhbəti əsnasında ölkələr arasında ikitərəfli münasibətlərin perspektivlərinə dair fikir mübadiləsi aparılıb, Hökumətlərarası Komissiyanın iclasının tezliklə Bakıda keçirilməsi ilə bağlı razılıq əldə olunub. Azərbaycanın və Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə bir daha qarşılıqlı dəstək ifadə edilib.
Ukrayna Prezidenti eyni zamanda Azərbaycanın ölkəsinə göstərdiyi humanitar yardımlara görə də minnətdarlığını bildirib.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
