Pleyeri seçin:

Azərbaycan və Vyetnam arasında hansı məsələlər müzakirə edildi? - Baku TV

20 noyabr 2026 16 baxış

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-də Hanoyda Vyetnam Milli Assambleyasının sədri Çan Tan Man ilə görüşüb.

Dövlət başçısı özünün 2014-cü ildə Vyetnama səfərini məmnunluqla xatırlayıb.

Prezident İlham Əliyev ölkələrimizin parlamentləri arasında dialoqun həmişə çox müsbət və nəticəyönümlü olduğunu vurğulayaraq Azərbaycan Milli Məclisi və Vyetnam Milli Assambleyası sədrlərinin görüşünün parlamentlərarası əməkdaşlığın genişləndirilməsi baxımından rolunu qeyd edib.

Qoşulmama Hərəkatının parlamentlərarası platformasının Azərbaycanın təşəbbüsü ilə yaradıldığını xatırladan dövlət başçısı bu xüsusda iki ölkənin parlament strukturları arasında əməkdaşlığı vurğulayıb.

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında tərəfdaşlıq münasibətlərinin qurulduğunu qeyd edib.

Azərbaycanın Orta Dəhlizin həm vaxt, həm də təhlükəsizlik baxımından beynəlxalq daşımalarda mühüm tranzit marşrutu olduğunu deyən dövlət başçısı bunun Vyetnam şirkətlərinə də daşımalar üçün əlverişli imkanlar yaratdığını bildirib.

Çan Tan Man ötən il Vyetnam Sosialist Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə səfəri və səfər çərçivəsində qəbul edilmiş "Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat"ın önəminə toxunub.

Milli Assambleyanın sədri ölkələrimizin çoxtərəfli platformalarda yaxından əməkdaşlıq etdiyini deyərək Vyetnamın Azərbaycanla ASEAN arasında əməkdaşlığın inkişaf etdirilməsinə töhfə verməyə hazır olduğunu deyib.

Söhbət zamanı ölkələrimizin beynəlxalq təsisatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, AQEM çərçivəsində uğurlu əməkdaşlıq etdikləri vurğulanıb.

Görüşdə ölkələrimiz arasında müxtəlif səviyyələrdə nümayəndə heyətlərinin müntəzəm səfərlərinin təşkili, iqtisadiyyat, ticarət, enerji, o cümlədən bərpaolunan enerji, insanlararası təmaslar, humanitar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Banner
Strateji tərəfdaşlığın önəmi | Bakı Hanoyla hansı sahədə əlaqələri genişləndirmək istəyir? - Baku TV

Strateji tərəfdaşlığın önəmi | Bakı Hanoyla hansı sahədə əlaqələri genişləndirmək istəyir? - Baku TV

Siyasət
20 noyabr 2026 16 baxış
Vyetnamla yaxınlaşma Azərbaycanın iqtisadi əlaqələrini necə gücləndirə bilər? - Baku TV

Vyetnamla yaxınlaşma Azərbaycanın iqtisadi əlaqələrini necə gücləndirə bilər? - Baku TV

Siyasət
20 noyabr 2026 16 baxış
"Bu səfər əlaqələrimizin möhkəmləndirilməsinə böyük töhfə verəcək" | Nqiem Vu Hay - Baku TV

"Bu səfər əlaqələrimizin möhkəmləndirilməsinə böyük töhfə verəcək" | Nqiem Vu Hay - Baku TV

Siyasət
20 noyabr 2026 16 baxış
Prezident İlham Əliyev və Vyetnamın Baş naziri arasında keçirilən görüşdən görüntülər - Baku TV

Prezident İlham Əliyev və Vyetnamın Baş naziri arasında keçirilən görüşdən görüntülər - Baku TV

Siyasət
20 noyabr 2026 16 baxış
Bakı-Hanoy əlaqələrində yeni əməkdaşlıq mərhələsi başlayır - Baku TV

Bakı-Hanoy əlaqələrində yeni əməkdaşlıq mərhələsi başlayır - Baku TV

Siyasət
20 noyabr 2026 16 baxış
Prezident Vyetnamın qurucusunun xatirəsini ehtiramla yad etdi - Baku TV

Prezident Vyetnamın qurucusunun xatirəsini ehtiramla yad etdi - Baku TV

Siyasət
20 noyabr 2026 16 baxış
Ziyarət zamanı Vyetnamın tarixinə və qəhrəmanlarına ehtiram ifadə olunub

Ziyarət zamanı Vyetnamın tarixinə və qəhrəmanlarına ehtiram ifadə olunub

Siyasət
20 noyabr 2026 16 baxış
İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib - Baku TV

İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib - Baku TV

Siyasət
20 noyabr 2026 16 baxış
İlham Əliyevdən Vyetnamın müstəqilliyi uğrunda həlak olanların xatirəsinə ehtiram - Baku TV CANLI

İlham Əliyevdən Vyetnamın müstəqilliyi uğrunda həlak olanların xatirəsinə ehtiram - Baku TV CANLI

Siyasət
20 noyabr 2026 16 baxış
İlham Əliyev Vyetnamın tarixi məkanlarını ziyarət edib - Baku TV

İlham Əliyev Vyetnamın tarixi məkanlarını ziyarət edib - Baku TV

Siyasət
20 noyabr 2026 16 baxış
Seçilmişlər
icon