Pleyeri seçin:

İlham Əliyev Almaniyanın xarici işlər naziri Yohan David Vadefulla nələri müzakirə etdi? - Baku TV

17 noyabr 2026 68 baxış

Prezident İlham Əliyev noyabrın 17-də Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadefulun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Söhbət zamanı bu ilin iyulunda dövlət başçısının Almaniyaya rəsmi səfəri, səfər çərçivəsində keçirilən görüşlər və aparılan səmərəli müzakirələr məmnunluqla xatırlanıb. Həmin səfər zamanı imzalanmış “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”, həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamənin ikitərəfli əməkdaşlığın möhkəmlənməsində roluna toxunulub.

Görüşdə ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, siyasi, iqtisadi, sərmayələr, biznes, ənənəvi və alternativ enerji, bağlantılar, nəqliyyat, logistika, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

Ölkəmizin Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi vurğulanıb, bu ildən başlayaraq Azərbaycan qazının Almaniyaya ixracı qeyd olunub.

Söhbət zamanı ölkəmizin Orta Dəhlizdə önəmli roluna toxunulub, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Banner
Hava hücumu siqnalı zamanı müdafiə | SOCAR daha 25 məntəqədə sığınacaq tikir - Baku TV

Hava hücumu siqnalı zamanı müdafiə | SOCAR daha 25 məntəqədə sığınacaq tikir - Baku TV

Siyasət
17 noyabr 2026 68 baxış
Bakı və Tbilisi arasında strateji bağlantılar | Birgə həyata keçirilən layihələr genişlənir

Bakı və Tbilisi arasında strateji bağlantılar | Birgə həyata keçirilən layihələr genişlənir

Siyasət
17 noyabr 2026 68 baxış
Böyük Britaniyanın rolundan Rusiya və İran narahat olur? - AKTUAL GÜNDƏM

Böyük Britaniyanın rolundan Rusiya və İran narahat olur? - AKTUAL GÜNDƏM

Siyasət
17 noyabr 2026 68 baxış
Əvvəl deportasiya, sonra tam qovulma | Kənddə azərbaycanlılardan nə iz qaldı?

Əvvəl deportasiya, sonra tam qovulma | Kənddə azərbaycanlılardan nə iz qaldı?

Siyasət
17 noyabr 2026 68 baxış
Avropa İttifaqının Cənubi Qafqaz planı | Azərbaycan əsas marşruta çevrilir? - Baku TV

Avropa İttifaqının Cənubi Qafqaz planı | Azərbaycan əsas marşruta çevrilir? - Baku TV

Siyasət
17 noyabr 2026 68 baxış
Bakı ilə Brüsselin yaxınlaşması Cənubi Qafqazda kimin təsirini azalda bilər? - AKTUAL GÜNDƏM

Bakı ilə Brüsselin yaxınlaşması Cənubi Qafqazda kimin təsirini azalda bilər? - AKTUAL GÜNDƏM

Siyasət
17 noyabr 2026 68 baxış
“Meydan hərəkatı” milli dirçəliş tarixində necə iz qoydu?

“Meydan hərəkatı” milli dirçəliş tarixində necə iz qoydu?

Siyasət
17 noyabr 2026 68 baxış
Cənubi Qafqazda son vəziyyət və normallaşma prosesi | XİN rəhbərlərinin təmasları - Baku TV

Cənubi Qafqazda son vəziyyət və normallaşma prosesi | XİN rəhbərlərinin təmasları - Baku TV

Siyasət
16 noyabr 2026 68 baxış
Dəyişdirilən ad, silinməyən tarix: Heydərli kəndindəki məzar daşları nəyi üzə çıxarır?

Dəyişdirilən ad, silinməyən tarix: Heydərli kəndindəki məzar daşları nəyi üzə çıxarır?

Siyasət
16 noyabr 2026 68 baxış
Konstitusiyada bitərəflik: Ermənistanın təhlükəsizliyinə kim zəmanət verəcək? - AKTUAL GÜNDƏM

Konstitusiyada bitərəflik: Ermənistanın təhlükəsizliyinə kim zəmanət verəcək? - AKTUAL GÜNDƏM

Siyasət
16 noyabr 2026 68 baxış
Seçilmişlər
icon