Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə Bakıdan etiraz - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
İrəvandakı tarixi Göy məscidin mərasim zalına erməni şair Yeqişe Çarentsin adının verilməsi Azərbaycanın etirazına səbəb olub. İran və Ermənistan rəsmilərinin iştirakı ilə keçirilən mərasimdə gələcəkdə şairin büstünün də qoyulacağı açıqlanıb.
Bəs bu addım Azərbaycan-İran münasibətlərinə necə təsir göstərə bilər?
Millət vəkili Hikmət Babaoğlu məsələni, sadəcə, mədəniyyət və ya ədəbiyyat hadisəsi deyil, siyasi xarakterli addım kimi qiymətləndirib.
Onun sözlərinə görə, bu təşəbbüs İranın Azərbaycanla Ermənistan arasında sülh prosesinə və regionda yeni nəqliyyat kommunikasiyalarının açılmasına münasibəti ilə əlaqələndirilə bilər:
“Şübhəsiz ki, bu nə ədəbiyyat, nə də din hadisəsidir. Siyasi hadisədir. Mən hesab edirəm ki, bu addım TRIPP marşrutuna və Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasına qarşı yönəlmiş mövqenin tərkib hissəsi kimi qiymətləndirilə bilər”.
Deputat hesab edir ki, dini abidənin mərasim zalına erməni şairin adının verilməsi və orada büstünün qoyulmasının planlaşdırılması tarixi-mədəni irsə münasibət baxımından mübahisəlidir.
“Biz burada İranın atdığı addımın yalnız Azərbaycana deyil, islam dini dəyərlərinə də zidd olduğunu görürük. Müsəlman dini abidəsinin daxilində bu cür təşəbbüsün həyata keçirilməsi ciddi suallar doğurur”, – deyə o vurğulayıb.
Hikmət Babaoğlunun fikrincə, Azərbaycan məsələni beynəlxalq platformalarda da qaldırmalıdır. O, İslam Əməkdaşlıq Təşkilatının müvafiq qurumlarına və UNESCO-ya müraciət edilməsini, eləcə də diplomatik nota göndərilməsi imkanlarının nəzərdən keçirilməsini təklif edib.
#Hikmət Babaoğlu teqi istifadə olunub
- Millət vəkili tarixi qələbəmizdən danışdı | Zəfərin 6-cı ili - Baku TV
- Yol nişanları milliləşdirilməlidir?
- “İdeya rəngarəngliyini boğmaq olmaz” | Müzakirə yaradan təklifə deputatdan izah - Baku TV
- Bakıda Asiyanın yeni gündəliyi müəyyən olunur | Hikmət Babaoğludan şərh - Baku TV
- AQEM sammitinin mahiyyəti | Hikmət Babaoğlu açıqlama verdi
