Pleyeri seçin:

Bakıda Asiyanın yeni gündəliyi müəyyən olunur | Hikmət Babaoğludan şərh- Baku TV

15 oktyabr 2026 8 baxış

Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) yeddinci sammitində Azərbaycanın 2024–2026-cı illərdəki sədrliyi dövründə təşkilatın inkişafı, Asiyada təhlükəsizliyin və dövlətlərarası etimadın gücləndirilməsi əsas müzakirə mövzularından olub.

Bəs Bakı sammiti Asiyanın siyasi və iqtisadi xəritəsində hansı yeni imkanları aça bilər?

Milli Məclisin deputatı Hikmət Babaoğlu hesab edir ki, sammit həm regional təhlükəsizliyin möhkəmləndirilməsi, həm də Asiya ilə Avropa arasında iqtisadi və nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Deputat qeyd edib ki, Azərbaycanın təşkilata sədrliyi AQEM-in beynəlxalq münasibətlər sistemində mövqeyinin güclənməsinə və yeni əməkdaşlıq imkanlarının yaranmasına töhfə verib.

“Azərbaycan iki il ərzində AQEM-in beynəlxalq təşkilatlar səviyyəsində mövqeyinin güclənməsinə nail olub. Azərbaycanın sədrliyinin daha iki il uzadılması təklifi də ölkəmizin əvvəlki fəaliyyətinə verilən qiymətdir. Bunu böyük diplomatik və siyasi uğur hesab etmək olar”, – deyə o vurğulayıb.

Hikmət Babaoğlunun fikrincə, sammit çərçivəsində keçirilən ikitərəfli görüşlər, xüsusilə Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın tranzit imkanlarını genişləndirə bilər.

Deputat diqqətə çatdırıb ki, Laosla Çin arasında dəmir yolu əlaqələrinin yaradılması perspektivi Azərbaycanla Avropa arasında nəqliyyat bağlantılarının inkişafı baxımından da əhəmiyyətlidir:

“Uzaq Şərqdə, Cənub-Şərqi Asiyada yerləşən Laos və Kamboca kimi ölkələr AQEM və Azərbaycanın sədrliyi sayəsində Avropaya doğru yeni dəmir yolu və tranzit imkanları əldə edə bilər. Bu, coğrafi baxımdan çox böyük perspektivlər açır”.

Banner
“Bu gün onlar Azərbaycan çayını həbsxanalarda içirlər” | Prezidentdən diqqətçəkən mesajlar - Baku TV

“Bu gün onlar Azərbaycan çayını həbsxanalarda içirlər” | Prezidentdən diqqətçəkən mesajlar - Baku TV

Siyasət
15 oktyabr 2026 8 baxış
AQEM sammitinin mahiyyəti | Hikmət Babaoğlu açıqlama verdi

AQEM sammitinin mahiyyəti | Hikmət Babaoğlu açıqlama verdi

Siyasət
15 oktyabr 2026 8 baxış
“Bizi müharibəyə Ermənistan məcbur etdi” | Prezident ordumuzun qələbəsindən danışdı - Baku TV

“Bizi müharibəyə Ermənistan məcbur etdi” | Prezident ordumuzun qələbəsindən danışdı - Baku TV

Siyasət
15 oktyabr 2026 8 baxış
Bakı sammitində təhlükəsizlik və iqtisadi bağlantılar müzakirə olundu - Baku TV

Bakı sammitində təhlükəsizlik və iqtisadi bağlantılar müzakirə olundu - Baku TV

Siyasət
15 oktyabr 2026 8 baxış
Azərbaycanın strateji gedişi: Asiyanın təhlükəsizlik xəritəsi yenidən çəkilir - AKTUAL GÜNDƏM

Azərbaycanın strateji gedişi: Asiyanın təhlükəsizlik xəritəsi yenidən çəkilir - AKTUAL GÜNDƏM

Siyasət
15 oktyabr 2026 8 baxış
Bakıda keçirilən AQEM zirvəsində nəqliyyat, rəqəmsallaşma və süni intellekt ön planda - Baku TV

Bakıda keçirilən AQEM zirvəsində nəqliyyat, rəqəmsallaşma və süni intellekt ön planda - Baku TV

Siyasət
15 oktyabr 2026 8 baxış
MDB-də sosial siyasətin yeni gündəliyi Bakıda müzakirə olunur

MDB-də sosial siyasətin yeni gündəliyi Bakıda müzakirə olunur

Siyasət
15 oktyabr 2026 8 baxış
Bakıda AQEM-in 7-ci Zirvə Görüşü | Prezident çıxışında nələri vurğuladı? - Baku TV

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü | Prezident çıxışında nələri vurğuladı? - Baku TV

Siyasət
15 oktyabr 2026 8 baxış
Hakan Fidan Prezident İlham Əliyevin qəbulunda | Detallar açıqlandı - Baku TV

Hakan Fidan Prezident İlham Əliyevin qəbulunda | Detallar açıqlandı - Baku TV

Siyasət
15 oktyabr 2026 8 baxış
Diqqətlər Bakıdakı toplantıda | "Haber Global"dan AQEM zirvəsi ilə bağlı süjet - Baku TV

Diqqətlər Bakıdakı toplantıda | "Haber Global"dan AQEM zirvəsi ilə bağlı süjet - Baku TV

Siyasət
15 oktyabr 2026 8 baxış
Seçilmişlər
icon