Dəyişən Bakı, qorunan ənənələr | Laos Prezidenti Bakıda böyük dəyişikliklərin olduğunu vurğuladı
“Bu rəsmi səfər çərçivəsində bizim Azərbaycan Milli Məclisinin spikeri ilə görüşmək imkanımız olacaq. Biz ölkələrimizin qanunverici orqanları arasında əməkdaşlığın davam etdirilməsini təşviq edəcəyik”.
Bu sözləri Laos Prezidenti Thonqlun Sisulit Prezident İlham Əliyevlə mətbuata bəyanatında deyib.
“Əlbəttə ki, hökumətlər bizim bu gün burada keçirdiyimiz görüşlərdə əldə edilən razılaşmaların reallaşdırılmasında əsas hərəkətverici qüvvə olacaq. Mən həmçinin Azərbaycanın Baş naziri ilə görüşəcəyəm. Ona müvafiq sahələr üzrə əməkdaşlığı davam etdirməyi təklif edəcəyəm. Mən investisiya, təhsil, enerji sahələrinin və Azərbaycan üçün maraq kəsb edən digər sahələrin genişləndirilməsində mühüm rol oynaya biləcək daha çox nazir göndərəcəyəm ki, ətraflı müzakirələr davam etdirilsin və gələcəkdə əməkdaşlığımız həyata keçirilsin”, – deyə o qeyd edib.
