“Bizi müharibəyə Ermənistan məcbur etdi” | Prezident ordumuzun qələbəsindən danışdı - Baku TV
“2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktı imzaladı. Müharibə dayandı, lakin Azərbaycan ərazilərinin bir hissəsi hələ də işğal altında qalırdı”.
Bu barədə Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə çıxışı zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, 3 il ərzində Azərbaycan öz suverenliyinin tam bərpası məsələsini sülh yolu ilə həll etməyə çalışırdı. Lakin Ermənistan atəşkəsdən öz hərbi qüvvəsini bərpa etmək və artıq Qərbdən olan yeni havadarlarının köməyi ilə Azərbaycana yenidən hücum etmək üçün bir fürsət kimi istifadə edirdi:
“2023-cü ilin sentyabrında məhz bu baş verdi və həmin vaxt Azərbaycan əsgərinin “Dəmir yumruğu” yenidən öz sözünü dedi. Bir sutkadan da az müddətdə Ermənistanın Qarabağdakı işğalçı ordusu tamamilə darmadağın edildi. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi, separatizmə son qoydu. Separatçıların liderləri, müharibə cinayətkarları və uşaq qatilləri isə Azərbaycan məhkəməsi qarşısına gətirildi”.
#İlham Əliyev teqi istifadə olunub
- “Bu gün onlar Azərbaycan çayını həbsxanalarda içirlər” | Prezidentdən diqqətçəkən mesajlar - Baku TV
- Bakıda AQEM-in 7-ci Zirvə Görüşü | Prezident çıxışında nələri vurğuladı? - Baku TV
- Hakan Fidan Prezident İlham Əliyevin qəbulunda | Detallar açıqlandı - Baku TV
- Diqqətlər Bakıdakı toplantıda | "Haber Global"dan AQEM zirvəsi ilə bağlı süjet - Baku TV
- İlham Əliyevin prezidentliyi dövründə ölkəmizin regional və qlobal siyasətdə dəyişən rolu - Baku TV
