Pleyeri seçin:
Azərbaycan XİN-dən İrandakı mədən partlayışı ilə bağlı paylaşım
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Xarici İşlər Nazirliyi İranın Cənubi Xorasan əyalətindəki Təbas kömür mədənində partlayışda ölənlərlə əlaqədar İrana başsağlığı verib.
Bu barədə XİN-in “X” sosial şəbəkəsində paylaşım edilib.
“Xorasan əyalətindəki kömür mədənində baş vermiş partlayışla bağlı İran xalqına və hökumətinə, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Xəsarətalanların tezliklə sağalmasını və bu faciəli hadisənin nəticələrinin tezliklə aradan qaldırılmasına ümid edirik”, – deyə paylaşımda qeyd olunub.
Qeyd edək ki, İranın Xorasan əyalətində kömür mədənində partlayış baş verib. Hadisə nəticəsində 50-dən çox mədən işçisi ölüb, 17 nəfər yaralanıb.
Kopyalandı
#Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür - Baku TV
- XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb - Baku TV
- Fransa ilə Azərbaycan arasında diplomatik gərginlik yenidən dərinləşdi - ANA XƏBƏR
- Ceyhun Bayramov Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsindən danışdı - Baku TV
- Azərbaycandan Türkiyəyə COP31-lə bağlı dəstək | "Haber Global" süjet hazırladı - Baku TV
