Azərbaycan XİN Pakistanda baş verən terror aktını pisləyib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanda baş verən terror aktını pisləyib. Bu barədə Nazirliyin “Twitter” səhifəsində paylaşım edilib.
“Biz Bajaurda siyasi konqres zamanı törədilən terror aktını şiddətlə qınayırıq. Biz 40 nəfərin ölümü, yüzdən çox insanın yaralanması ilə nəticələnən bu terror aktına qarşı qardaş Pakistanın yanındayıq. Pakistan hökumətinə, həlak olanlara və onların ailələrinə başsağlığı veririk”, – deyə paylaşımda bildirilir.
Bu arada, Pakistanda baş vermiş terror aktında ölənlərin sayı 44 nəfərə çatıb. 100-dən çox yaralının olduğu bildirilir.
Məlumata görə, terrorçu özünü səhnənin yaxınlığında partladıb. Pakistanın Baş naziri Şahbaz Şərif hadisənin araşdırılması və günahkarların tapılması ilə bağlı göstəriş verib.
#Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür - Baku TV
- XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb - Baku TV
- Fransa ilə Azərbaycan arasında diplomatik gərginlik yenidən dərinləşdi - ANA XƏBƏR
- Ceyhun Bayramov Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsindən danışdı - Baku TV
- Azərbaycandan Türkiyəyə COP31-lə bağlı dəstək | "Haber Global" süjet hazırladı - Baku TV
