Pleyeri seçin:
Azərbaycana qaytarılan 4 kənddən erməni hərbçiləri çıxarılır
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan öz Silahlı Qüvvələrini Azərbaycanın Bağanis Ayrım, Xeyrimli, Aşağı Əskipara və Qızılhacılı kəndlərindən çıxarır.
Oxu.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək.
Xatırladaq ki, aprelin 19-da Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanın dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının səkkizinci görüşü keçirilib. Görüşdə Qazaxın işğal altında olan yeddi kəndindən dördünün Azərbaycana qaytarılması haqqında razılıq əldə edilib.
Kopyalandı
#Ermənistan ordusu teqi istifadə olunub
- Tərtər qəbiristanlığının Ermənistan ordusu tərəfindən atəşə tutulmasından 6 il ötür - Baku TV
- Paşinyan Ermənistan ordusundakı əsgər ölümləri barədə nə deyib?
- “Orduda qorxaq general və fərarilər var, indi isə çoxu...” | Paşinyan
- İlham Əliyevdən İkinci Qarabağ müharibəsi ilə bağlı açıqlama
- Ermənistanın hərbi qulluqçusunun ölüm səbəbi | Detallar açıqlandı
