“Orduda qorxaq general və fərarilər var, indi isə çoxu...” | Paşinyan
Yeniliklərdən dərhal xəbərdar olun
“Bəli, mən demişəm ki, orduda qorxaq general və fərarilər var. İndi onların çoxu məhkəmə qarşısına çıxarılır”.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan brifinqdə bundan öncə verdiyi bəyanatlar xatırladılanda söyləyib.
“O cümlədən talançı, qanunsuz əmlak və korrupsiya işləri ilə bağlı mühakimə olunan generallar var”, – o əlavə edib.
Paşinyanın sözlərinə görə, “qəhrəman” sözünü ehtiyatla istifadə etmək lazımdır:
“Çünki bu sözdən o qədər istifadə etmişik ki, həqiqi qəhrəmanları yalançı qəhrəmanlarla qarışdırmışıq”.
Baş nazir hamısına şamil etməsə də, Ermənistan ordusunda qorxaq və fərari generalların olduğunu bildirib:
“Qarnı özündən üç metr qabağa qaçan general olar?! Bu, ümumiyyətlə, hərbçi üçün nümunədirmi? Hərbçi fiziki hazırlıq üzrə müəyyən standartlara cavab verməlidir.
Qarabağdan durub gəliblər, üzr istəyirəm ifadəmə görə, burada “kişiləşiblər”. Amma 44 günlük müharibə zamanı onların tarixçəsini öyrənəndə görürsən ki, biri panika yaradıb, biri fərari olub, biri isə övladını postlardan qaçırıb”.
#Nikol Paşinyan teqi istifadə olunub
- Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu
- İrəvanın yeni planı Moskva ilə münasibətləri pozacaq? - Baku TV CANLI
- Ermənistan Avropaya inteqrasiya yolunda Rusiyanın təsirindən qurtula biləcəkmi? - Baku TV
- Paşinyan Müstəqillik Bəyannaməsini niyə dövlət əleyhinə mətn sayır? - Baku TV
- Sülh sazişi ərəfəsində mühüm gediş | Yeni Konstitusiya, yoxsa vaxt qazanmaq cəhdi? - Baku TV
