Azərbaycanda səfərdə olan Tacikistan Prezidenti Şəhidlər xiyabanını ziyarət edib
Yeniliklərdən dərhal xəbərdar olun
Mayın 22-də Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana dövlət səfərinə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Tacikistan liderini ölkəmizin Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.
Tacikistan Prezidenti Emoməli Rəhmon daha sonra Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini yad edib.
Ölkəmizdə dövlət səfərində olan Tacikistan Prezidenti Şəhidlər xiyabanını ziyarət edib. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Sonra Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
#Tacikistan teqi istifadə olunub
- İlham Əliyev Tacikistan Prezidentini qəbul edib - Baku TV
- Ticarətdən bərpaolunan enerjiyə qədər | İki ölkə yeni əməkdaşlıq imkanları axtarır - Baku TV
- Tacikistanın Baş naziri Prezident İlham Əliyevin qəbulunda - Baku TV
- Bakıda Tacikistanın müstəqilliyinin 35-ci ildönümünə aid təntənəli tədbir keçirilib - Baku TV
- Dörd ölkənin liderləri yeni idman obyektinin açılış mərasimində bir araya gəlib - Baku TV
