Pleyeri seçin:

Azərbaycandan tapılan maddi mədəniyyət nümunələrini dünya bazarlarında satırlar

02 oktyabr 2024 206 baxış

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində “Qırğızıstanda böyük Alban izi” adlı veriliş efirə gedib.

Verilişdə tarix üzrə fəlsəfə doktoru, dosent Təvəkkül Əliyev işğal dövründə ermənilərin Qarabağ ərazisində apardıqları saxta qazıntılardan, eləcə də Qırğızıstanda Alban izlərindən bəhs edib.

O bildirib ki, işğal dövründə ermənilər Qarabağda bir neçə məntəqədə ardıcıl, uzun sürən qazıntılar aparıblar:

“Ermənilər Şahbulaq ərazisində 10 kilometrlik səngərlər qazıblar. Onlar Qarabağda tarixi abidələri talan edib, tapılan qiymətli əşyaları satıblar. Ağdərə ərazisində abidələri talan ediblər. Azərbaycandan tapılan maddi mədəniyyət nümunələrini dünya bazarlarında satırlar”.

Tarixçi erməni saxtakarlığından söz açaraq vurğulayıb ki, ermənilər antik Alban qalasına od vurub, yandırıblar:

“Neftlə zəngin olan Tərnöyüt kəndinin adını Tiqranakert, Qaçaq qalasını Kaçaxabert kimi təqdim edirlər”.

Onun sözlərinə görə, Küp qəbirləri haqqında Noneşvili adlı bir gürcü müəllif yazır ki, Azərbaycanda olan küp qəbirlərin sayı Ermənistan və Gürcüstanda olanlardan bir neçə dəfə çoxdur və küp qəbirlərin əsas məkanı məhz Azərbaycan ərazisi olub.

T.Əliyev sonda Qırğızıstanda böyük Alban izinin olmasından danışıb, türklərin Qafqaz ərazisində hökmranlığının eradan daha əvvələ getdiyini sübutlarla əsaslandırıb:

“Eradan əvvəl 2-ci, 3-cü əsrdən başlamış, Alban dövlətində mövcud olmuş etnomədəni xüsusiyyətlər bugünkü Azərbaycanda da yaşadılır. Albaniyada yaşayan tayfalar, xalqlar bu gün Azərbaycanda yaşayırlar. Albaniya, Azərbaycan deyəndə, bu, hamı üçün eyni, müştərək bir tarixdir”.

Banner
Prezident İlham Əliyev İƏT ölkələrinin nümayəndələrinə müraciət ünvanlayıb - Baku TV

Prezident İlham Əliyev İƏT ölkələrinin nümayəndələrinə müraciət ünvanlayıb - Baku TV

Siyasət
28 oktyabr 2026 206 baxış
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 206 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 206 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 206 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 206 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 206 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 206 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 206 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 206 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 206 baxış
Seçilmişlər
icon