Azərbaycanın İrandakı səfirliyinə qarşı silahlı hücumdan 1 il ötür
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın İranın paytaxtı Tehrandakı səfirliyinə terror hücumunun birinci ildönümüdür.
Ötən il yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30-da səfirliyimizə terror hücumu olub. Terroru törədən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb.
Azərbaycan Xarici İşlər Nazirliyi yanvarın 30-da səfirliyin əməkdaşlarını Tehrandan təxliyə edib və səfirliyin fəaliyyəti dayandırılıb.
Hücum aktı ilə bağlı Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətində Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Yasin Hüseynzadə İran hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa cəlb olunsa da, İran rəsmiləri hadisə ilə bağlı bəyanatlarında hücumun siyasi motivli olduğuna dair əlamətin olmadığını qeyd edərək onun məişət zəminində baş verdiyinin iddia ediblər. Bütün dəlillər və faktlar olmasına baxmayaraq, Yasin Hüseynzadə barəsində hələ də hökm çıxarılmayıb.
Beləliklə, səfirliyə terror hücumuna Tehran hakimiyyətinin laqeyd yanaşması İrandakı diplomatik missiyaların təhlükəsizliyinin təhdid altında olduğunu təsdiqləyir.
#İran teqi istifadə olunub
- İran bu hücuma necə cavab ola bilər? | Regionda sular yenidən qaynayır? - Baku TV CANLI
- Tehran MDB ölkələri ilə əməkdaşlığını genişləndirmək istəyir | Rusiyanın mövqeyi nədir? - Baku TV
- İran ballistik raketlərinin uçuş məsafəsinə qoyulan limiti ləğv etdi
- Tehrandan strateji mesaj: İran nəyə hazırlaşır? - Baku TV CANLI
- Yeraltı komplekslər İranın hərbi istehsalını hücumlardan necə qoruyacaq? - Baku TV CANLI
