Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev kollektivə təqdim olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın yeni müdafiə sənayesi naziri Vüqar Mustafayev kollektivə təqdim olunub.
Bu barədə Müdafiə Sənayesi Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Yaşar İsakov məlumat verib.
Məlumata görə, Vüqar Mustafayevi kollektivə Azərbaycan Prezidentinin sosial iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov təqdim edib.
Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Vüqar Valeh oğlu Mustafayev Azərbaycanın müdafiə sənayesi naziri təyin olunub.
Qeyd edək ki, o, 1986-cı ildə Bakı şəhərində anadan olub. 2004-2008-ci illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında "Mühəndis iqtisadiyyatı və idarəetmə" (Menecment) ixtisası üzrə bakalavr, 2010-2013-cü illərdə isə Xəzər Universitetində "Maliyyə və kredit" ixtisası üzrə magistr təhsili alıb, “Biznesin idarə edilməsi” dərəcəsini əldə edib.
Vüqar Mustafayev əmək fəaliyyətinə 2006-2008-ci illərdə müxtəlif şirkətlərdə Təlim Koordinatoru, maliyyə və mühasibatlıq üzrə mütəxəssis işləməklə başlayıb, 2009-cu ildən bir sıra nüfuzlu şirkətlərdə yüksək vəzifələrdə çalışıb.
2023-cü ilin martından Prezidentin sərəncamı ilə müdafiə sənayesi nazirinin müavini təyin edilmişdi. Ailəlidir. İki övladı var.
#Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi (MSN) teqi istifadə olunub
- "Müdafiə sektorunda kibertəhlükəsizlik" adlı sektorial görüş keçirildi - Baku TV
- Müasir artilleriya sistemlərinin lokallaşdırılması nə vəd edir? - Baku TV
- İlham Əliyev Britaniya ilə müdafiə sənayesi sahəsində əməkdaşlığa başlanıldığını bildirib - 24 SAAT
- "ADEX 2026"da yerli və Türkiyə istehsalı olan hərbi avadanlıqlar böyük maraqla qarşılandı - Baku TV
- Azərbaycanın müdafiə sənayesi üçün yeni imkanlar: “ADEX”də əsas hədəflər nələrdir? - HƏRBİ XRONİKA
