Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulmasının 30 illiyi
Bakıda Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramının Çərçivə Sənədinə qoşulmasının 30 illiyinə həsr olunan elmi-praktiki konfrans keçirilib.
“Report” xəbər verir ki, tədbirdə Xarici İşlər Nazirliyinin Hərbi-siyasi məsələlər idarəsinin rəisi Anar Mütəllimov, NATO Baş katibinin əməliyyatlar üzrə müavinin köməkçisi Burcu San, xarici ölkələrdən əlaqədar sahələr üzrə akademik dairələrin üzvləri, təhlilçilər, həmçinin yerli dövlət qurumları və müvafiq təhsil ocaqlarından nümayəndələr iştirak ediblər.
Konfransda Azərbaycanın Alyansla tərəfdaşlığının tarixi, hazırkı vəziyyəti və gələcək perspektivləri, SNT proqramının nailiyyətləri, ölkənin NATO-nun rəhbərlik etdiyi sülhə dəstək əməliyyatlarına və Avropa regionunda enerji təhlükəsizliyinin təmin olunmasına töhfəsi müzakirə olunub.
Eyni zamanda Azərbaycanın NATO ilə tərəfdaşlığından irəli gələn digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
#Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) teqi istifadə olunub
- Azərbaycanda NATO standartları əsasında hərbi hazırlıq gücləndirilir - Baku TV CANLI
- “Bunlar böyük təhdiddir” | NATO-nun “Qələbə Nəzəriyyəsi” necə işləyəcək? - Baku TV
- NATO-nun şərq cinahının müdafiəsini gücləndirmək üçün yeni addımlar atılır - Baku TV CANLI
- Almaniya ən böyük limanını müdafiə xəttinə çevirir? - Baku TV CANLI
- NATO Baş katibi Rusiyanın planlarından xəbərdardır? - Baku TV
