Osmanlı qeydləri, çar siyahıları | Zodun keçmişi harada görünür? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
Yeniliklərdən dərhal xəbərdar olun
"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsi çərçivəsində Ermənistanda 1980-ci illərin sonlarına qədər azərbaycanlıların yaşadığı Zod (indiki Sotk) kəndinin tarixi haqqında araşdırma dərc olunub.
Bu barədə məqalə "Perished civilization"da yayımlanıb.
Qeyd olunub ki, kənd bir neçə əsr ərzində Zod adını daşıyıb. 1991-ci ilin aprelində Ermənistanda Azərbaycan irsini erməniləşdirmək və məhv etmək siyasəti çərçivəsində kəndin adı dəyişdirilərək Sotk qoyulub. Kənd 1995-ci ildən Ermənistan Respublikasının Geğarkunik vilayətinin tərkibindədir.
Kənd haqqında qeydlərə XVI və XVIII əsrlər Osmanlı mənbələrində rast gəlinir. XVIII əsrin ortalarından Rusiya işğalına qədər kənd İrəvan xanlığının Göyçə mahalının tərkibində olub.
1827-ci ildə Rusiya İrəvan xanlığının ərazisini işğal edib, 1828-ci il Türkmənçay müqaviləsi isə onun Rusiya imperiyası tərkibinə birləşdirilməsini təsbit edib. Çar Rusiyası dövründə kənd İrəvan quberniyasının Novo-Bayazid qəzasının tərkibində olub.
1829-1832-ci illərdə Rusiya hakimiyyətinin tapşırığı ilə keçmiş İrəvan və Naxçıvan xanlıqları ərazilərinin kameral təsviri tərtib edilib.
Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara görə, 1915-ci ilə qədər müxtəlif vaxtlarda kənddə yalnız və ya əsasən azərbaycanlıların əcdadları yaşayıblar. 1886-cı ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 1088 nəfər yaşayıb.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- Zod kəndinin əhalisi haqqında tarixi sənədlər nə deyir? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Əhalisi qovuldu, adı dəyişdirildi... | Dərə kəndindəki etnik təmizləmənin təfərrüatları
- Ermənistanda Azərbaycan irsinin izləri: Salah kəndinin bilinməyən tarixçəsi
- Dəyişdirilən ad, silinməyən tarix: Heydərli kəndindəki məzar daşları nəyi üzə çıxarır?
- Axta qəbiristanlığı: daşların danışdığı tarix | Bir zamanlar azərbaycanlıların yaşadığı kənd
