Pleyeri seçin:

Əhalisi qovuldu, adı dəyişdirildi... | Dərə kəndindəki etnik təmizləmənin təfərrüatları

19 noyabr 2026

Adı:
Sovet dövründə – Dərə Kənd əsası qoyulduğu vaxtdan Dərə adını daşıyıb. 1991-ci ilin aprelində Ermənistanda Azərbaycan irsini erməniləşdirmək və məhv etmək siyasəti çərçivəsində kəndin adı dəyişdirilərək Daranak qoyulub.

Kənd 1995-ci ildən Ermənistan Respublikasının Geğarkunik vilayətinin tərkibindədir.

Kənd 1921-ci ildə yaxınlıqda yerləşən Pəmbək kəndindən oraya köçmüş azərbaycanlılar tərəfindən salınıb.

Sovet dövründə kənd Basarkeçər rayonunun tərkibində olub, rayon sonradan Vardenis adlandırılıb.

Erməni mənbələrinin məlumatlarına əsasən, 1980-ci illərin sonlarına qədər kəndin ərazisində yalnız azərbaycanlılar yaşayıblar.

Akopyan T.X., Məlik-Baxşyan St.T., Barseqyan O.X. Ermənistanın və ətraf vilayətlərin toponimləri lüğəti:

1959-cu ildə kənddə hamısı azərbaycanlı olmaqla 320 nəfər yaşayıb.

1970-ci ildə kənddə hamısı azərbaycanlı olmaqla 364 nəfər yaşayıb.

1979-cu ildə kənddə hamısı azərbaycanlı olmaqla 411 nəfər yaşayıb4.

1989-cu ildə kənddə hamısı azərbaycanlı olmaqla 92 nəfər yaşayıb3.

1980-ci illərin sonlarında ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar tamamilə Ermənistan SSR ərazisindən qovulublar. Azərbaycanlıların qovulmasından sonra kəndin ərazisində ermənilər yerləşdiriliblər. 

2021-2024-cü illərdə “Yoxa çıxmış sivilizasiya” kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlərin gedişində kənddə bir neçə məzar daşının qismən salamat qaldığı azərbaycanlı qəbiristanlığı aşkar edilib.

«Qərbi Azərbaycanın yaddaş yerləri» – nadir elmi-tədqiqat işidir. Müasir Ermənistan ərazisində aparılan sahə tədqiqatları zamanı ilk dəfə olaraq, müasir azərbaycanlıların əcdadlarının vaxtilə məskunlaşdığı 600-ə yaxın kənd haqqında məlumat toplanmış və sistemləşdirilmişdir. Onların bəzilərində türk mədəni-tarixi irsinin fraqmentləri – qəbiristanlıqlar, pirlər, məscidlər qalmışdır. 

Kopyalandı
Banner
Konstitusiya referendumu Paşinyan üçün necə siyasi sınağa çevrilir? - Baku TV

Konstitusiya referendumu Paşinyan üçün necə siyasi sınağa çevrilir? - Baku TV

Siyasət
19 noyabr 2026
Məleykə Abbaszadə DİM-dən getdi, rektor təyin olundu | Prezidentdən sərəncam - Baku TV

Məleykə Abbaszadə DİM-dən getdi, rektor təyin olundu | Prezidentdən sərəncam - Baku TV

Siyasət
19 noyabr 2026
Bakıda Şimali Kipr Türk Respublikasının müstəqilliyinin 43-cü ildönümü qeyd olunub - Baku TV

Bakıda Şimali Kipr Türk Respublikasının müstəqilliyinin 43-cü ildönümü qeyd olunub - Baku TV

Siyasət
18 noyabr 2026
Almaniya Azərbaycanı regionun əsas strateji tərəfdaşı kimi görür - Baku TV

Almaniya Azərbaycanı regionun əsas strateji tərəfdaşı kimi görür - Baku TV

Siyasət
18 noyabr 2026
Almaniya Cənubi Qafqazda Avropanın təsirini artırmaq istəyir?

Almaniya Cənubi Qafqazda Avropanın təsirini artırmaq istəyir?

Siyasət
18 noyabr 2026
Ceyhun Bayramov Bakı və Ankara arasındakı əlaqələrdən danışdı - Baku TV

Ceyhun Bayramov Bakı və Ankara arasındakı əlaqələrdən danışdı - Baku TV

Siyasət
18 noyabr 2026
Avropa Cənubi Qafqazda daha çox söz sahibi olmaq istəyir? - AKTUAL GÜNDƏM

Avropa Cənubi Qafqazda daha çox söz sahibi olmaq istəyir? - AKTUAL GÜNDƏM

Siyasət
18 noyabr 2026
Azərbaycanla bağlantı təmin olunmasa, layihənin heç bir məntiqi yoxdur | Ceyhun Bayramov- Baku TV

Azərbaycanla bağlantı təmin olunmasa, layihənin heç bir məntiqi yoxdur | Ceyhun Bayramov- Baku TV

Siyasət
18 noyabr 2026
Almaniya XİN başçısı Yohan David Vadefuldan mühüm açıqlamalar - Baku TV

Almaniya XİN başçısı Yohan David Vadefuldan mühüm açıqlamalar - Baku TV

Siyasət
18 noyabr 2026
Bakı və Berlin iqtisadi danışıqların keçirilməsi barədə razılığa gəlib - Baku TV

Bakı və Berlin iqtisadi danışıqların keçirilməsi barədə razılığa gəlib - Baku TV

Siyasət
18 noyabr 2026
Seçilmişlər
icon