Pleyeri seçin:

İrəvandan gələn açıqlama diqqət çəkdi

19 noyabr 2026 40 baxış

Ermənistan hakimiyyəti Rusiyadakı müəyyən dairələrin ölkədəki müxalif qüvvələrə dəstək verdiyini iddia edib. Bununla belə, rəsmi İrəvan Moskva ilə siyasi və iqtisadi münasibətləri yüksək səviyyədə saxlamaqda maraqlı olduğunu bildirir.

Bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan jurnalistlərə açıqlamasında danışıb.

Nazir bildirib ki, Ermənistan hakimiyyəti Rusiya ilə münasibətlərin həm iqtisadi, həm də siyasi baxımdan yüksək səviyyədə qalması üçün maksimum səy göstərir.

"Biz Ermənistan–Rusiya münasibətlərinin ən yüksək səviyyədə qalması üçün əlimizdən gələni edirik və hesab edirəm ki, düzgün davranırıq", – deyə Papoyan vurğulayıb. 

Jurnalistlərin Rusiyada Ermənistan müxalifətinin müəyyən qüvvələrini dəstəkləyən dairələrin olub-olmaması barədə sualına nazir müsbət cavab verib. Papoyan belə dairələrin mövcudluğunu təsdiqləsə də, konkret ad çəkməyib.

"Əslində, mənim fikrimcə, bu dəstək kommunal xidmət idarəsi səviyyəsində həyata keçirilir. Bəlkə bir qədər yuxarı, bəlkə də aşağı səviyyədə", – deyə nazir bildirib. 

Bu ifadə ilə Papoyan müxalifətə verilən dəstəyin Rusiya dövlətinin ən yüksək siyasi rəhbərliyi səviyyəsində həyata keçirilmədiyinə eyham vurub. Nazir qeyd edib ki, Ermənistan həmin dairələrlə münasibətlərə qarışmadan Rusiya ilə əlaqələrini davam etdirməyi öyrənməlidir.

Papoyan əlavə edib ki, İrəvan Rusiyanı tərəfdaş dövlət hesab edir. Onun sözlərinə görə, iki ölkənin bir çox məsələlərdə mövqeləri üst-üstə düşsə də, müəyyən fikir ayrılıqları mövcuddur. 

Banner
Fransada kütləvi nümayiş günü polislər işə çıxmaqdan imtina edib

Fransada kütləvi nümayiş günü polislər işə çıxmaqdan imtina edib

Dünya
19 noyabr 2026 40 baxış
SEPAH-ın raket buraxılış məntəqəsi vuruldu

SEPAH-ın raket buraxılış məntəqəsi vuruldu

Dünya
19 noyabr 2026 40 baxış
Vaşinqton İran tərəfindən terror təhlükəsinin artması ilə bağlı xəbərdarlıq etdi - Baku TV

Vaşinqton İran tərəfindən terror təhlükəsinin artması ilə bağlı xəbərdarlıq etdi - Baku TV

Dünya
19 noyabr 2026 40 baxış
Pezeşkianla birinci vitse-prezident arasında fikir ayrılığı var? - Baku TV CANLI

Pezeşkianla birinci vitse-prezident arasında fikir ayrılığı var? - Baku TV CANLI

Dünya
19 noyabr 2026 40 baxış
ABŞ və Venesuela müdafiə sahəsində tərəfdaşlığı gücləndirmək barədə razılığa gəldi - Baku TV

ABŞ və Venesuela müdafiə sahəsində tərəfdaşlığı gücləndirmək barədə razılığa gəldi - Baku TV

Dünya
19 noyabr 2026 40 baxış
Putin Çinə niyə nüvə çamadanı ilə getdi? | Ermənistan Konstitusiyası dəyişir? - YENİ BİR SƏHƏR

Putin Çinə niyə nüvə çamadanı ilə getdi? | Ermənistan Konstitusiyası dəyişir? - YENİ BİR SƏHƏR

Dünya
19 noyabr 2026 40 baxış
Hakimiyyət daxilində fikir ayrılığı? | Pezeşkianla vitse-prezident arasında nə baş verir? - Baku TV

Hakimiyyət daxilində fikir ayrılığı? | Pezeşkianla vitse-prezident arasında nə baş verir? - Baku TV

Dünya
19 noyabr 2026 40 baxış
Rusiya Prezidentinin kölgəsindəki sirli çanta | Çinə aparılan müəmmalı çamadan - Baku TV

Rusiya Prezidentinin kölgəsindəki sirli çanta | Çinə aparılan müəmmalı çamadan - Baku TV

Dünya
19 noyabr 2026 40 baxış
Sankt-Peterburqdakı "Ermitaj" hoteli Azərbaycana təhvil verildi - Baku TV

Sankt-Peterburqdakı "Ermitaj" hoteli Azərbaycana təhvil verildi - Baku TV

Dünya
19 noyabr 2026 40 baxış
Süni intellekt yarışında ABŞ Çinin qarşısını necə almaq istəyir? - Baku TV

Süni intellekt yarışında ABŞ Çinin qarşısını necə almaq istəyir? - Baku TV

Dünya
18 noyabr 2026 40 baxış
Seçilmişlər
icon