Pleyeri seçin:

ABŞ və Venesuela müdafiə sahəsində tərəfdaşlığı gücləndirmək barədə razılığa gəldi - Baku TV

19 noyabr 2026 49 baxış

ABŞ və Venesuela müdafiə sahəsində tərəfdaşlığın möhkəmləndirilməsi barədə saziş bağlayıb.

Bu barədə ABŞ-nin müharibə naziri Pit Heqset Karakasda Venesuela Prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqeslə görüşün yekunlarına dair bildirib. 

Pentaqon rəhbərinin sözlərinə görə, ABŞ tərəfi Bolivar Respublikası ilə qarşılıqlı əlaqələrin genişləndirilməsində maraqlıdır.

"ABŞ və Venesuela silahlı qüvvələrin möhkəmləndirilməsi və sərhəd təhlükəsizliyinin təmin edilməsi də daxil olmaqla, hərbi sahədə qarşılıqlı əlaqələri genişləndirmək barədə razılığa gəlib. Biz bu gün müdafiə sahəsində tərəfdaşlığın möhkəmləndirilməsinə dair sazişi imzalamaq imkanına görə minnətdarıq", – deyə Pit Heqset qeyd edib. 

Sənəd Karakasda prezident sarayında imzalanıb.

Amerikalı nazirin sözlərinə görə, Vaşinqton ABŞ hərbçilərinin təcrübəsindən və Venesuela silahlı qüvvələrinin imkanlarından istifadə edərək müdafiə tərəfdaşlığını dərinləşdirməyə ümid edir.

Delsi Rodriqes hərbi əlaqələrin bərpa olunmasını alqışlayaraq qeyd edib ki, bu, Bolivar Milli Silahlı Qüvvələrinin hazırlığını yaxşılaşdırmağa, onların təchizatını müasirləşdirməyə və yeni texnologiyalara çıxışı təmin etməyə imkan verəcək.

Onun sözlərinə görə, əməkdaşlıq iki ölkəyə ümumi təhdidlərə qarşı mübarizə aparmağa kömək edəcək. 

Banner
İrəvandan gələn açıqlama diqqət çəkdi

İrəvandan gələn açıqlama diqqət çəkdi

Dünya
19 noyabr 2026 49 baxış
Fransada kütləvi nümayiş günü polislər işə çıxmaqdan imtina edib

Fransada kütləvi nümayiş günü polislər işə çıxmaqdan imtina edib

Dünya
19 noyabr 2026 49 baxış
SEPAH-ın raket buraxılış məntəqəsi vuruldu

SEPAH-ın raket buraxılış məntəqəsi vuruldu

Dünya
19 noyabr 2026 49 baxış
Vaşinqton İran tərəfindən terror təhlükəsinin artması ilə bağlı xəbərdarlıq etdi - Baku TV

Vaşinqton İran tərəfindən terror təhlükəsinin artması ilə bağlı xəbərdarlıq etdi - Baku TV

Dünya
19 noyabr 2026 49 baxış
Pezeşkianla birinci vitse-prezident arasında fikir ayrılığı var? - Baku TV CANLI

Pezeşkianla birinci vitse-prezident arasında fikir ayrılığı var? - Baku TV CANLI

Dünya
19 noyabr 2026 49 baxış
Putin Çinə niyə nüvə çamadanı ilə getdi? | Ermənistan Konstitusiyası dəyişir? - YENİ BİR SƏHƏR

Putin Çinə niyə nüvə çamadanı ilə getdi? | Ermənistan Konstitusiyası dəyişir? - YENİ BİR SƏHƏR

Dünya
19 noyabr 2026 49 baxış
Hakimiyyət daxilində fikir ayrılığı? | Pezeşkianla vitse-prezident arasında nə baş verir? - Baku TV

Hakimiyyət daxilində fikir ayrılığı? | Pezeşkianla vitse-prezident arasında nə baş verir? - Baku TV

Dünya
19 noyabr 2026 49 baxış
Rusiya Prezidentinin kölgəsindəki sirli çanta | Çinə aparılan müəmmalı çamadan - Baku TV

Rusiya Prezidentinin kölgəsindəki sirli çanta | Çinə aparılan müəmmalı çamadan - Baku TV

Dünya
19 noyabr 2026 49 baxış
Sankt-Peterburqdakı "Ermitaj" hoteli Azərbaycana təhvil verildi - Baku TV

Sankt-Peterburqdakı "Ermitaj" hoteli Azərbaycana təhvil verildi - Baku TV

Dünya
19 noyabr 2026 49 baxış
Süni intellekt yarışında ABŞ Çinin qarşısını necə almaq istəyir? - Baku TV

Süni intellekt yarışında ABŞ Çinin qarşısını necə almaq istəyir? - Baku TV

Dünya
18 noyabr 2026 49 baxış
Seçilmişlər
icon